Qalxanvari vəzi hormonlarının dəyişikliyinin orqanizmdə yaratdığı fəsadlar  
08.12.2022 17:01

Qalxanvari vəzi istehsal etdiyi hormonlar hesabına orqanizmdə maddələr mübadiləsinə cavabdehlik daşıyan unikal orqandır. Hormonlar kifayət qədər olmadıqda bütün maddələr mübadiləsi ləngiyir və zəifləyir. Hormonlar artıq olduqda isə maddələr mübadiləsi prosesi sürətlənir. Hər iki hal orqanizmə mənfi təsir gostərir.     

 

Aztib.az xəbər verir ki, bu barədə Mərkəzi Gömrük Hospitalının endokrinoloqu Naidə Novruzova məlumat verib.

 

Həkim bildirib ki, qalxanvari vəzi sinir sisteminə təsir edir: hormonlar artıq olduqda insan qıcıqlanmış-əsəbi, həyəcanlı, kövrək olur. Qalxanvari vəzi hormonları sinir sistemini oyadır və stimulyasiya edir. Hormon kifayət etmədikdə yuxululuq, əzginlik, yorgunluq halları müşahidə olunur.  

 

Onun sözlərinə görə, ürək-damar sistemi də qalxanvari vəzi  funksiyası pozğunluğundan əziyyət çəkir. Qalxanvari vəzi funksiyasının artması zamanı ürək döyüntülərinin sürətlənməsi, arterial təzyiqin dəyişkən olması və ritm pozğunluqları ortaya cıxır. Qalxanvari vəzi hormonu yetməzliyində isə xolesterin yüksəlməsi müşahidə oluna bilər, bu da ürək-damar xəstəliyinin sürətlə proqressivləşməsinə gətirib çıxara bilər:

  

“Qalxanvari vəzi hormonlarının dəyişikliyi həzm mədə-bağırsaq sisteminə də mənfi təsir edir. Qalxanvari vəzi funksiyasının zəifləməsində öddə durğunluq, qəbzlik inkişaf edir. Qalxanvari vəzi funksiyasının artmasında isə ishal yarana bilir”.  

 

Qalxanvari vəzi hormonlarının dəyişikliyinin reproduktiv sistemə də təsir etdiyini deyən Naidə Novruzova qeyd edib ki, bu zaman sonsuzluq, hamiləlikdə müxtəlif problemlər yaranır. Bu vəziyyət qalxanvari vəzi funksiyasının həm zəifləməsində, həm də sürətlənməsində də rast gəlinə bilər.  

 

Endokrinoloq əlavə edib ki, dəri, saç və dırnaqların da vəziyyətinə qalxanvari vəzi funksiyasının pozğunluğu neqativ təsir edir. Hormon yetməzliyində  saç tökülməsi, dəri ödəmi və quruluq müşahidə olunur. Həmçinin hava isti olsa belə insanlar daim üşüyürlər. Hormon yüksəlməsində isə insanlar tez-tez tərləmə və daim isti olmasından şikayətlənirlər: “Belə şikayətləri olanlar mütləq diaqnozun dəqiqləşdirilməsi  və müalicəyə başlaması üçün  müayinədən keçməlidirlər. Özünü müalicə ilə məşğul olmaq yolverilməzdir , bununla insan özunə yalnız ziyan etmiş olur”. 

 

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza