Fibromialgiya sümük əzələ ağrıları, yuxu pozğunluğu, yorğunluq və halsızlıqla müşahidə olunan xronik ağrı sindomudur  
08.12.2022 16:45
Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasında "Fibromialgiya" mövzusunda seminar keçirilib.
 
Aztibb.az xəbər verir ki, tədbirdə klinikanın müalicə işləri üzrə direktor müavini Fəridə Hacıyeva, professor Fərhad Talıbov, klinikanın həkimləri və rezidentləri iştirak ediblər.
 
Seminarda klinikanın Revmatologiya şöbəsinin rezidenti Nuranə Sadıqlı mövzu üzrə məruzə ilə çıxış edib. Həkim bildirib ki, fibromialgiya yayılmış sümük əzələ ağrıları, yuxu pozğunluğu, yorğunluq və halsızlıqla müşahidə olunan xronik ağrı sindomudur.
 
O, xəstəliyin əsas simptomlarından da danışıb. Qeyd edib ki, bunlar yayılmış ağrılar (fibromialgiya zamanı rast gəlinən ağrılar heç olmasa üç ay davam edən və küt ağrılar şəklindədir), yorğunluq (ibromialgiyalı xəstələr uzun müddət davam edən və xüsusən yuxudan duran zaman olan yorğunluq hissindən şikayət edirlər) və koqnitiv pozuntulardır.
N.Sadıqlı fibromialgiyanın digər əlamətlərinin də ola biləcəyini vurğulayıb.
 
Nuranə Sadıqlının sözlərinə görə, bunlar əsasən qıcıqlanmış bağırsaq sindromu, xronik yorğunluq sindromu, miqren və başqa tipli baş ağrıları, ağrılı sidik kisəsi sindromu və ya interstsial sistit, gicgah-çənə oynağında ağrı, narahatlıq, depressiya, taxikardiya kimi əlamətlərdir.
 
1990-cı ildə ACR (Amerika Revmatoloqlar Kollegiyası) tərəfindən hazırlanmış kriteriyalara görə üç aydan artıq davam edən sümük-əzələ ağrıları və bədənin 18 xüsusi nöqtəsindən 11-də ağrı müşahidə olunardısa, bu zaman fibromialgiya diaqnozu qoyulduğunu deyən həkim bu kriteriyanın hazırda demək olar ki, istifadə olunmadığını diqqətə çatdırıb. Məruzəçinin sözlərinə görə, 2010 cu ildə ACR yeni kriteriyalar hazırlayıb ki, bu kriteriyalarda ağrılı nöqtələtin palpasiyasına ehtiyac yoxdur. Diaqnoz somatik-ağrı, psixoloji-depressiya, koqnitiv-yaddaşın pozulması kimi əlamətlərin olmasına əsasən qoyulur.
 
Sonda mövzu ətrafında geniş müzakirələr aparılıb, N.Sadıqlı iştirakçıların suallarını cavablandırıb.
Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza