Peşəkar cərrah Elçin Kərimov - Həkimlərimizi tanıyaq!
07.12.2022 15:56
Xalqımız tarixən həkimlik sənətinə ən ülvi peşə, həkimə müqəddəs bir şəxs kimi baxmışdır. Millətimizin müqəddəs saydığı, inanıb etibar etdiyi həkim adını daşımaq olduqca şərəfli və məsuliyyətlidir.
 
Həkimlik sənətinin özünəməxsus bir sıra qanun-qaydaları vardır. Həkim öz davranışı, şəxsiyyəti, təfəkkürü, dünyagörüşü və insanlarla münasibəti ilə başqalarından fərqlənməli, özünə inam yaratmağı bacarmalıdır. Bütün bunlar həkimlik etikasının əsasını təşkil edir. Əsl həkim hərtərəfli hazırlıqlı, yaradıcı təfəkkürlü, dövrünün tələbləri səviyyəsində durmağı bacaran, sadə, alicənab, müdrik, xeyirxah və işgüzar xarakterə malik olmalıdır.
 
Bu gün Aztibb.az-ın "Həkimlərimizi tanıyaq!" rubrikasında bəhs edəcəyimiz Elçin Sabir oğlu Kərimov da belə təbiblərimizdəndir.
 
O, 12 may 1978-ci ildə Salyan şəhərində anadan olub. 1995-2001-ci illərdə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb Universitetinin Müalicə-proflikatikası fakültəsində təhsil alıb. 2001-2002-ci illərdə Salyan şəhər 3 nömrəli klinik xəstəxanasında cərrahiyyə üzrə internatura keçib.
 
Elçin Kərimov 2002-ci ildə Salyan Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsində həkim-cərrah kimi əmək fəaliyyətinə başlayıb. 2005-ci ildən 2007-ci ilə qədər Sankt-Peterburq şəhərində diplomdan sonra cərrahiyyə üzrə ordinaturanı bitirərək aspiranturaya daxil olub.
 
Cərrah həkimin Rusiya Federasiyasının müxtəlif elmi jurnallarında elmi məqaləri və tezisləri dərc olunub. O, 2008-ci ildən Şirvan Müalicə Diaqnostika Mərkəzinin Cərrahiyyə şöbəsinə cərrah kimi işə qəbul olunub. Hazırda Şirvan Müalicə Diaqnostika Mərkəzinin Cərrahiyyə şöbəsinin müdiri vəzifəsində çalışır.
 
Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır