Autizm spektr pozuntusu olan uşaqların erkən aşkarlanması və diaqnostikası sahəsində biliklərin artırılması məqsədilə təlim keçirilib
07.12.2022 12:19
TƏBİB və “Birgə və Sağlam” İctimai Birliyinin müştərək lahiyəsi çərçivəsində 28.11.2022-02.12.2022 tarixlərində “Autizm spektr pozuntulu şəxslərə erkən diaqnostika və erkən müdaxilə edəcək tərəflərin potensialının artırılması” adlı təlim keçirilib.
 
Aztibb.az-ın xəbərinə görə, tədbirdə qeyd olunub ki, autizm erkən yaş dövründə başlayan, sosial münasibətlər və ünsiyyət sferasında problemlərin olması ilə özünü göstərən, məhdud və təkrarlanan davranışlara yol açan ümumi inkişaf geriliyidir. Son illərdə rast gəlmə tezliyi sürətlə artan bu patologiyanın erkən aşkarlanması və diaqnostikası xüsusi əhəmiyyət kəsb edir.
 
Hibrid formatda keçirilmiş təlimin əsas məqsədi inkişaf geriliyi, autizm spektr pozuntusu olan uşaqların erkən aşkarlanması və diaqnostikası sahəsində biliklərin artırılması, bilik və təcrübənin regionlara transferidir.
 
Təlimdə Gəncə Şəhər Birləşmiş Xəstəxanası həkim-pediatr heyəti ilə təmsil olunub.
 
Sonda tədbir iştirakçılarına sertifikat və təlim materialları təqdim edilib.
Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza