Cari ildə Bioresurslar İnstitutunda 10 elmi-tədqiqat işi aparılıb
07.12.2022 09:49

AMEA-nın Naxçıvan Bölməsinin Bioresurslar və Təbii Ehtiyatlar İnstitutları illik hesabat veriblər.

 

İclası Bölmənin sədri, akademik İsmayıl Hacıyev açıb. İnstitutların 2022-ci il üzrə fəaliyyətini yüksək qiymətləndirən akademik bildirib ki, aparılan tədqiqat işlərinin kəmiyyət və keyfiyyət göstəricilərində artımın müşahidə olunması hər iki elmi-tədqiqat müəssisəsində qarşıya qoyulan vəzifələrin  icra olunduğunu göstərir.

 

Daha sonra Biоresurslar İnstitutunun baş direktoru, biologiya elmləri doktoru İsmayıl Məmmədov İnstitutda 2022-ci ildə yerinə yetirilən elmi və elmi-təşkilati işlərlə bağlı məruzə edib. Məruzədə bildirilib ki, cari ildə Bioresurslar İnstitutunda elmi-tədqiqat işləri 1 prоblem, 1 mövzuya daxil оlan 10 iş üzrə 25 mərhələdə aparılıb.

 

2022-ci ildə institut əməkdaşlarının 152 elmi əsəri o cümlədən, 2 monoqrafiyası, 2 metodik vəsaiti, 88 elmi məqaləsi və 60 konfrans materialı nəşr olunub, 1 buklet və 1 xəritə tərtib edilib. Əsərlərdən 22 məqalə və 23 konfrans materialı xaricdə çapdan çıxıb. Məqalələrdən 72-si beynəlxalq kodlu jurnallarda dərc edilib. İmpakt faktorlu jurnallarda nəşr olunan 18 elmi məqalədən 8-i “Web of Science”, “Scopus”, “Springer”, “AGRİS” və s. elmi bazalara daxil olan jurnallarda dərc edilib, əməkdaşların elmi məqalələrinə 52 istinad qeydə alınıb. KİV-də 44 məqаlə dərc olunub, 2 mühüm nəticə əldə edilib.

 

Tədqiqat dövründə “Naxçıvan Muxtar Respublikasında bəbirin monitorinqinin aparılması və onun mühafizə strategiyası” beynəlxalq qrant layihəsinin icrası uğurla davam etdirilib, bitki və heyvan növlərinin invertarlaşdırılaraq məlumat bazasının yaradılması, xüsusi mühafizə olunan təbiət ərazilərində birgə monitorinqlərin keçirilməsi işi diqqətdə saxlanılıb.

 

Muxtar respublikanın biomüxtəlifliyinin, yerli iqlim şəraitinə uyğun məhsuldar bitki sortlarının müəyyənləşdirilməsi və əkinçilikdə tətbiq olunması, milli genofondun qorunması məqsədilə tədqiqatlar aparılıb, torpaqların münbitliyinin artırılması imkanları öyrənilib.

 

İnstitutun əməkdaşları yerli və beynəlxalq konfranslarda, müxtəlif tədbirlərdə, radiо və televiziyada məruzə və çıxış ediblər. İnstitutun 2 əməkdaşı elm sahəsində səmərəli fəaliyyətinə görə Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən diplomla, 1 əməkdaşı Naxçıvan Bölməsinin Fəxri fərmanı ilə təltif edilib, 1 nəfər elmlər doktoru dissertasiya işini müvəffəqiyyətlə müdafiə edib.

 

Təbii Ehtiyatlar İnstitutunda 2022-ci ildə yerinə yetirilən elmi və elmi-təşkilati işlər barədə məlumat verən institutun baş direktoru, AMEA-nın müxbir üzvü Tofiq Əliyev bildirib ki, institutda 1 istiqamət, 1 prоblem üzrə 1 mövzunu əhatə edən 6 iş 21 mərhələdə aparılıb.

 

İl ərzində institut əməkdaşlarının 100 elmi əsəri, о cümlədən 1 monoqrafiyası, 5 kitabı, 53 elmi məqaləsi, 41 konfrans materialı dərc olunub. Əsərlərdən 12 məqalə, 20 konfrans materialı xaricdə nəşr edilib, məqalələr beynəlxalq kodlu jurnallarda çapdan çıxıb. İmpakt faktorlu jurnallarda çap olunan 9 elmi məqalədən 2-si “Web of Science” və “Scopus” indekslidir. Elmi əsərlərə 115 istinad qeydə alınıb, institut əməkdaşlarının 16 qəzet məqaləsi işıq üzü görüb. İnstitutda muxtar respublika ərazisindəki təbii sərvətlərin geoloji, kimyəvi, fiziki tədqiqi, avtomatlaşdırılması, hidroloji və landşaft şəraitinin öyrənilməsi, seysmoloji tədqiqatlar, sosial iqtisadi infrastrukturların yerləşmə qanunauyğunluqlarının araşdırılması üzrə 1 mühüm nəticə əldə edilib.

 

Hesabat dövründə 1 nəfər fəlsəfə doktoru dissertasiya işini uğurla müdafiə edib, 1 əməkdaş isə dosent elmi adı alıb. İnstitut əməkdaşları 11 beynəlxalq konfransda, 1 respublika konfransında, müxtəlif tədbirlərdə və kitab müzakirələrində məruzə və çıxış ediblər.

 

Cari ildə institutda Təbii Sərvətlər Muzeyi fəaliyyətə başlayıb, Şorsu palçığının quru və yaş formada paketlərinin hazırlanması və satışı davam etdirilib.

 

İnstitutda Naxçıvan Dövlət Universitetinin hamiliyə götürülən tələbələrinin iştirakı ilə elmi-praktiki seminarlar keçirilib. “Sabahın tədqiqatçıları” layihəsində səmərəli nəticələr əldə olunub, layihənin yekun tədbirində layihə rəhbərləri və şagirdlər diplom və sertifikatlar alıblar.

 

Sonda AMEA-nın müxbir üzvləri Hacıfəxrəddin Səfərli və Əbülfəz Quliyev çıxış edərək hesabatları yüksək qiymətləndirib və qəbul olunmalarını təklif ediblər.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Ağır vəziyyətlərdə düzgün qərar qəbul etmək bacarığı ilə seçilən həkim - Rəşad Nəsirli
Mərkəzi Gömrük Hospitalının Əməliyyatxana, Anesteziologiya və Reanimasiya şöbəsində 24/7 rejimində tibbi xidmətlər göstərilir
Hövsan Sağlamlıq Mərkəzinin baş həkimi təltif olunub
Mərkəzi Neftçilər Xəstəxanasında onlayn növbə sistemi istifadəyə verilib  
ATU-da yeni qəbul olunan rezidentlərlə müqavilələr imzalanıb
Lənkəranda İİV-lə bağlı maarifləndirmə işi aparılıb
Eyni gündə 4 ağır cərrahi əməliyyat nəticəsində pasiyentin həyatı xilas edilib
Anestezioloq-reanimatoloq Emil Muradov -
Sabunçu Tibb Mərkəzində təlim:
Mərkəzi Neftçilər Xəstəxanasında TAVİ əməliyyatları ötən ildən etibarən uğurla icra olunur
Səhiyyə Nazirliyi tərəfindən Laçında səyyar stomatoloji aksiya təşkil olunub
Şirvan Mərkəzi Xəstəxanasında hemofiliya ilə bağlı elmi-praktik seminar keçirilib
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir
Laboratoriyada yetişdirilən beyin orqanoidləri illər ərzində inkişaf edir - TƏDQİQAT
Şamaxı RMX-da təlim: “Vərəmin erkən aşkarlanmasında ilkin səhiyyə xidmətlərinin rolu”