Qan verən insanda ürək xəstəliklərinin başvermə riski 90 faiz aşağı düşür
06.12.2022 15:23

Dekabrın 6-da “Tovuz Gənclər Evi”də “Azərbaycan Qızıl Aypara Cəmiyyəti”nin (AzQAC) Tovuz rayon bölməsinin və Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzinin (AQDİM) birgə təşkilatçılğı ilə “Sağlam olaq – donor olaq” adlı təbliğat-təşviqat xarakterli tədbir təşkil olunub.

 

Bu baədə Aztibb.az-a AQDİM-dən məlumat verilib.

 

Bildirilib ki, tədbirdə qan verməyin insan orqanizmində hüceyrələrin təzələnməsinə, qandakı yağın miqdarının azalmasına, başağrısı, stres, yüksək qan təzyiqi, yorğunluq kimi narahatlıqların azalmasına yaxşı təsir etdiyi qeyd edilib. Qan verən insanda ürək xəstəliklərinin başvermə riski 90 faiz aşağı düşür və qanın təhlükəsiz olduğuna əmin olmaq üçün donor hər dəfə qan analizi verir.

 

Eyni zamanda, AzQAC-ın Tovuz Rayon bölməsinin könüllülərinə qanaxmalar zamanı qanın dayandırılması üsulları, sınıq-çıxıq və zədələnmələr zamanı zədələnən ətrafın fiksasiya edilməsi üsulları, döş qəfəsinin ağrıları, zədələnmələri və yaralanmaları, o cümlədən tənəffüs yoluna yad cismin düşməsi zamanı göstəriləcək ilk yardım qaydaları nümayiş olunub.

 

Tədbirin sonunda AzQAC-ın Tovuz rayon bölməsi və AQDİM arasında birgə tədbirlər planı haqqında razılıq əldə olunub.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama