Rəşad Mahmudov: Azərbaycanda bəzi dərman vasitələrinin tapılmaması narahatlıq yaradır 
06.12.2022 15:06

Azərbaycanda bəzi dərman vasitələrinin tapılmaması həm xəstələr, həm həkimlər üçün narahatlıq yaradır.

 

Aztibb.az-ın Trend-ə istinadla məlumatına görə, bunu deputat Rəşad Mahmudov Milli Məclisin bu gün keçirilən iclasında deyib.

 

O, qeyd edib ki, dərman qıtlığı təcili tədbirlər görülməsini zəruri edir. “Dərman qıtlığının başlıca 3 səbəbi var, bunlardan ikisi beynəlxalq, biri isə daxili amildir. Birinci problem pandemiyanın dünya üçün yaratdığı sıxıntılar, istehsal zəncirinin qırısılması, logistika xərclərinin yüskək səviyyəyə çatması, ikinci məsələ Rusiya-Ukrayna müharibəsi, bu ölkələrdən dərmanların gətirilməsindəki problemlərdir. Üçüncü vacib məsələ isə qiymət tənzimlənməsidir. Yuxarıda sadalanan səbəblərə görə dərman qiymətlərində artım baş verib. Dərman gətirən özəl şirkətlər isə özləri qiyməti qaldıra bilmədikləri üçün onları ölkəyə gətirməyə tərəddüd edirlər. Hesab edirəm ki, dərman qiymətlərinin tənzimlənməsinə ehtiyac var”, - deyə o bildirib.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama