“Azərbaycanın cənub bölgəsində təhlükəsiz analıq” pilot layihəsinin icrası çərçivəsində təlim sessiyası keçirilib
06.12.2022 11:47
Ana ölümlərinin qarşısının alınmasına töhfə vermək məqsədilə BMT-nin Əhali Fondunun dəstəyi ilə Lənkəran rayonunda həyata keçirilən “Azərbaycanın cənub bölgəsində təhlükəsiz analıq” pilot layihəsinin icrası çərçivəsində Lənkəran Tibb kollecində tibb bacısı və qardaşı istiqaməti üzrə təhsil alan tələbələr üçün təlim sessiyası keçirilib.
 
İctimai Səhiyyə və İslahatlar Mərkəzindən Aztibb.az-a verilən xəbərə görə, sessiya zamanı iştirakçılara pilot layihə haqqında məlumat verilib, ana ölümlərinin azaldılması istiqamətində tətbiq olunan qabaqcıl strategiyalardan bəhs edilib.
 
Görüş daha sonra İİV virusu ilə yoluxmanın erkən diaqnostikasının ana ölümlərinin qarşısının alınmasındakı rolu və profilaktika tədbirləri, eləcə də İİV/QİÇS xəstəliyinin yaratdığı stiqma və ayrı-seçkilik və onunla mübarizə mövzularında Respublika QİÇS-lə Mübarizə Mərkəzinin nümayəndələrinin təqdimatları ilə davam edib.
 
“Azərbaycanın cənub bölgəsində təhlükəsiz analıq” layihəsinin tərəfdaşları qismində BMT-nin Əhali Fondu, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, TƏBİB, Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) və Respublika QİÇS-lə Mübarizə Mərkəzi çıxış edirlər.
 
Tədbirin sonunda tələbələr könüllü olaraq skrininq müayinədən keçiblər, o cümlədən İSİM tərəfindən hazırlanmış İİV/QİCS-lə mübarizə mövzusunda, narkotik, tütün, alkoqol və digər psixoaktiv maddələrin mənfi təsirləri və fəsadlarını əks etdirən maarifləndirici materiallar tədbir iştirakçılarına paylanılıb.
Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza