Psixiatriya sahəsində böyük itki - Professor Nadir Əliyev vəfat edib
06.12.2022 09:42

Azərbaycanın tanınmış psixiatrı, professor Nadir Əliyev bu gün  vəfat edib.

 

Aztibb.az xəbər verir ki, o, 76 yaşında dünyasını dəyişib.

 

Nadir Abbasәli oğlu Əliyev 1946-cı ildə Naxçıvanda anadan olmuşdu. 1970-ci ildə Azәrbaycan Dövlәt Tibb İnstitutunu bitirmiş, Moskvada namizədlik və doktorluq dissertasiya işlərini müdafiə etmişdi.

 

O, 1983-1991-ci illərdə Bakı şəhər 3 saylı ruhi xәstәxananın baş hәkimi, 1992-1993-cü illərdə 2 saylı vәrәm sanatoriyasının baş hәkimi, 1993-1994-cü illərdə Bakı şəhər psixonevroloji dispanserin baş hәkimi, 1994-1997-ci illərdə Bakı şəhər 2 saylı ruhi-әsәb xәstәxanasının baş hәkimi, 1997-2012-ci illərdə isə Bakı şəhər ruhi-әsәb xәstәliklәri dispanserinin baş hәkimi vәzifәlәrindә çalışmışdı.

 

Professor Nadir Əliyev 2012-ci ildәn Ə.Əliyev adına Azәrbaycan Hәkimlәri Tәkmillәşdirmә İnstitutunun Psixiatriya kafedrasında fәaliyyәt göstәrirdi.

 

Əsasәn müxtәlif psixi pozuntuların farmakoterapiyası üzrә tədqiqatlar aparan alim 170-dәn çox elmi әsәrin müәllifi idi.

 

Ömrünü psixi xəstəlikləri öyrənməyə həsr etmiş Nadir Əliyevin yaratdığı elmi məktəb, yoluna işıq saldığı tələbələri onun yolunu davam etdirəcək, yeni psixoloqlar nəsli yetişəcək, zaman daim onu yaşadacaq.

 

Allah rəhmət eləsin!

 

 

 

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza