Ulu öndər Heydər Əliyevin anım günü ilə əlaqədar ATU-da iməclik keçirilib
05.12.2022 17:49

Ulu öndər Heydər Əliyevin anım günü ilə əlaqədar olaraq Azərbaycan Tibb Universitetinin (ATU) Həmkarlar İttifaqı Komitəsi və Təsərrüfat-təchizat şöbəsinin birgə təşkilatçılığı ilə universitetin həyətyanı sahəsində iməcilik keçirilib.

 

ATU-dan Aztibb.az-a bildirilib ki, universitetin rektoru, professor Gəray Gəraybəyli, prorektorlar, kafedra müdirləri, müəllim və texniki işçilərin iştirak etdiyi iməcilik çərçivəsində müxtəlif ağac tingləri, güllər, dekorativ bitkilər əkilib.

 

Professor Gəray Gəraybəyli aksiya ilə bağlı fikirlərini “Təbib” qəzetinin əməkdaşı ilə bölüşüb. Rektor bildirib ki, universitetdə ənənəvi olaraq neçə ildir ki, ulu öndərin anım günü münasibətilə iməcilik keçirilir: “Bu il də ənənəmizə sadiq qaldıq. Ümumiyyətlə, çalışırıq ki, universitetdə tələbələrimiz həm keyfiyyətli şəkildə təhsil ala, həm də asudə vaxtlarını səmərəli keçirə bilsinlər. Doğrudur, pandemiya dövründə bir sıra ənənəvi tədbirlərimizi mövcud şəraitə görə təxirə salmalı olduq. Amma artıq iki ildir ki, anım günü ərəfəsində iməcilik ənənəsini bərpa etmişik. Təbiətin, ekologiyanın qorunması həmişə ulu öndərin diqqət mərkəzində idi. Biz də bu məqsədlə universitetimizin həyətində ağac və gül kolları əkirik. Əminəm ki, bu gün əkdiyimiz ağaclar bir neçə ilə böyüyəcək, onların kölgəsində müəllim və tələbələrimiz istirahət edəcəklər”. Universitetin Həmkarlar İttifaqı Komitəsinin sədri, dosent Cahangir Qasımov bizimlə söhbətində bildirib ki, ulu öndərin anım günü ilə əlaqədar, rektor, professor Gəray Gəraybəyli universitetin həyətyanı sahəsində iməcilik təşkil edilməsi ilə bağlı göstəriş verib. Bu məqsədlə əkmək üçün kifayət qədər ağac və güllər alınıb: “Universitetin əməkdaşları bu iməcilikdə fəal iştirak edirlər. 2 saylı yataqxananın həyəti istiqamətində nar, alça, albalı, ərik ağacları da əkdik. İnanıram ki, bir neçə ilə əkdiyimiz meyvə ağaclarının barını da görəcəyik”.

 

İməcilikdən sonra professor G.Gəraybəyli 2 saylı yataqxanada təşkil olunan “Qonaq evi” və bəzi korpuslarda təchizatın vəziyyəti ilə də  tanış olub.

 

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza