"Füzulidə aptek sahibi ehtiyac yarandıqda dərman götürmək üçün baş həkimə açarları verib”
29.09.2020 15:02

"Horadiz şəhərində yerləşən Füzuli rayon xəstəxanasına baş çəkən zaman iki hadisə məndə qürur hissi yaratdı. Əvvəlla, yaralılarımızın bir çoxu ilk tibbi yardım aldıqdan sonra cəbhə bölgəsinə qayıdacaqlarını bildirirdilər".

 

Aztibb.az xəbər verir ki, bu sözləri millət vəkili Vüqar Bayramov öz "Facebook" hesabında yazıb. Deputat qeyd edib ki, həkimlər onlara daha bir neçə gün xəstəxanada qalıb müalicə olunmağı təklif etsələr də, mərd əsgərlərimiz döyüş xəttində öz əsgər yoldaşlarının yanında olmağa, vətən uğrunda döyüşü davam etdirməyə üstünlük verərək yenidən döyüşə qayıdıblar.

 

"Xəstəxananın yanında özəl aptek yerləşir. Sentyabrın 27-si erməni təxribatı baş verəndən sonra aptek sahibi aptekin açarını xəstəxanın baş həkiminə verib və deyib ki, nə qədər dərman lazım olarsa, pulsuz götürün. Həkimlər də əlavə dərman lazım olanda aptekdən istifadə edirlər".

 

Deputat qeyd edib ki, bu fakt milli birliyin, xalqın orduya dəstəyinin təsdiqidir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib