Rusiya ordusunun atəşi nəticəsində Ukraynanın 9400-dən çox dinc sakini həlak olub
05.12.2022 10:14

Rusiya ordusunun atəşi nəticəsində indiyədək 9400-dən çox ukraynalı dinc sakin həlak olub.

 

Aztibb.az AZƏRTAC-a istinadla xəbər verir ki, bu barədə Ukrayna daxili işlər nazirinin birinci müavini Yevgeni Yenin bildirib. Məlumatı Ukrayna Daxili İşlər Nazirliyinin (DİN) saytı yayıb.

 

“Milli Polisin məlumatına görə, 9400-dən çox mülki şəxs həlak olub, 6800-ə yaxın insan yaralanıb. Onların arasında, təəssüf ki, uşaqlar da var - Rusiyanın Ukraynaya təcavüzü başlayandan bəri 461 uşaq ölüb”, - deyə Yenin bildirib.

 

Yeninin sözlərinə görə, Ukrayna qoşunlarının işğaldan azad etdiyi və düşmənin ən şiddətli atəşə tutduğu ərazilərdə polis yeni cinayətlər qeydə alır. Terror aktlarından mülki əhali əziyyət çəkir, ölənlərin sayı isə hər gün artır.

 

Rusiya Ukraynanın kritik infrastruktur obyektlərinə zərbələr endirməkdə davam edir. Hazırda ölkənin səkkiz regionunda 507 yaşayış məntəqəsində elektrik enerjisi verilmir. Ən çox zərər çəkən Xarkov vilayətidir, burada 112 yaşayış məntəqəsi enerjisiz qalıb. Donetsk və Xerson vilayətlərində 90-dan çox, Nikolayevdə 82, Zaporojyedə 76 və Luqansk vilayətində 43 məntəqədə elektrik enerjisi yoxdur.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub