Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun şöbələri illik hesabat veriblər                      
05.12.2022 10:16

AR Elm və Təhsil Nazirliyinin Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun beynəlxalq laboratoriyaları, Həmkarlar təşkilatı, Gənc Alim və Mütəxəssislər Şurasının illik hesabatı olub.

 

İnstitutdan Aztibb.az-a verilən məlumata görə, Molekulyar biomühəndislik beynəlxalq laboratoriyasının müdiri, AMEA-nın müxbir üzvü Tərlan Məmmədov, Bionanotexnologiya beynəlxalq laboratoriyasının müdiri, Rusiya Elmlər Akademiyasının müxbir üzvü Süleyman Allahverdiyev, Molekulyar biotexnologiya beynəlxalq laboratoriyasının böyük elmi işçisi Aytən Ağayeva, Hesablama struktur biologiyası beynəlxalq laboratoriyasının müdiri, fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru Qərib Mürşüdov cari ildə laboratoriyalarda görülən işlər, dərc olunan məqalələr və kadr hazırlığından bəhs ediblər.

 

Daha sonra Həmkarlar təşkilatının sədri, b.ü.f.d. Səadət Xudaverdiyeva il ərzində institut əməkdaşlarına edilən yardımlar haqqında məlumat verib. Sözügedən elmi müəssisənin Gənc Alim və Mütəxəssislər Şurasının sədri Nərgiz Bayramova gənclərin cari ildəki fəaliyyəti, dərc olunan elmi işlər, beynəlxalq və yerli konfranslarda iştirakından bəhs edib.

 

Sonda edilən çıxışlar ətrafında müzakirələr aparılıb, təkliflər verilib və hesabatlar qənaətbəxs hesab edilərək qəbul edilib.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu vakansiya elan edir
 Cəbrayıl RMX-da yanğın təhlükəsizliyi və təxliyə qaydaları ilə bağlı təlim keçirilib   
Mərkəzi Klinika vakansiya elan edir
Azərbaycan tibbində növbəti uğur: Səhiyyə Nazirliyi Bakı Sağlamlıq Mərkəzinin Aritmologiya bölməsi beynəlxalq akkreditasiya alıb
Gəncədə Dünya Allergiya Həftəsi ilə bağlı tədbirlər təşkil olunur
 Sabunçu Tibb Mərkəzində Tibb İşçilərinin Peşə Bayramı Günü münasibətilə tədbir keçirilib   
Bu ilin yanvar-may aylarında 18 mindən çox uşağa reabilitasiya xidmətləri göstərilib
 TƏBİB kollektivi Fəxri xiyabanı ziyarət edib   
 Bakıda Asiya üzrə Beynəlxalq Ginekologiya Konqresi keçirilib   
Nizami Tibb Mərkəzi onlayn növbə sistemi aktivləşdirilən 4-cü müəssisə oldu
Laçında tibbi aksiya: 100-ə yaxın vətəndaş tibbi müayinələrdən keçib
Tədris Cərrahiyyə Klinikasında 11 yaşlı pasiyent üzərində cərrahi əməliyyat uğurla icra olunub
Uşaq sağlamlığı dövlətin gələcəyinə sərmayədir
Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin nümayəndə heyəti Fəxri Xiyabanı ziyarət edib
ADHTİ-nin Plastik və Rekonstruktiv Cərrahiyyə klinikasında ölkəmizdə ilk dəfə olaraq unikal əməliyyat icra olunub