Müalicəvi giləmeyvə olan zoğalın faydaları
04.12.2022 23:55

Zoğal mədəni halda nisbətən az, yabanı halda isə geniş ərazilərdə yayılmış meyvə bitkisidir. Meyvələri zəngin tərkibə malikdir.

 

Aztibb.az xəbər verir ki, müalicə vasitəsi kimi zoğalın meyvəsindən, çəyirdəyindən, yarpağından istifadə olunur. 

 

Zoğal çəyirdəyində 34 faizə qədər piyli yağlar, gövdə qabığında korin qlükozidi, dabbaq maddələri, alma və digər üzvi turşular, yarpaqlarında 7-17,6 faiz tanin, E və C vitaminləri var. 

 

Zoğal meyvələri pektinlə zəngin olduğundan o, orqanizmin metobolizm məhsullarından təmizlənməsini sürətləndirir, quzuqulağı və sidik turşularından azad edir. Hemoqlabinin səviyyəsini yüksəldir, kapilyarların və iri qan damarlarının divarlarını möhkəmləndirir, qan təzyiqini nizamlayır, beyində qan dövranını yaxşılaşdırır, damarlarda aterosklerotik zədələnmələrin baş verməsini əngəlləyir. Ona görə də zoğal meyvələrindən podaqra, qanazlığı zamanı, revmatizm və avitaminozdan pozulmuş maddələr mübadiləsinin (kalorizator) bərpasında istifadə edilir. 

 

Təzə meyvələrdən çəkilmiş şirə şəkərli diabet xəstəliyi zamanı sərinləşdirici və yanğı söndürücü vasitə kimi istifadə olunur.

 

Xalq təbabətində zoğal meyvələrindən hazırlanmış mürəbbə soyuqdəymə və zökəm xəstəlikləri, zoğal həlimindən qızdırma, qanlı ishal xəstəliklərinin müalicəsində tətbiq olunur.

 

Qurudulmuş və təzə zoğal meyvələri angina, qızılca, skarlatin, raxit zamanı faydalı sayılır.

 

 

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama