Yuxudan erkən oyanmaq üçün nə etmək lazımdır? 
04.12.2022 23:37

Avstraliya və İngiltərə alimləri müəyyən ediblər ki, "bayquşlar" bir neçə sadə addımla öz sirkad ritmlərini - bədənlərinin bioloji saatlarını dəyişib sağlamlıqlarını və ovqatlarını yaxşılaşdıra bilərlər.

 

Onlar gecə 12-dən sonra yuxuya gedib səhərlər gec oyanan insanların - "bayquşların" həyat tərzini araşdırıblar. Məlum olub ki, hər gün eyni vaxtda yatmaq, kofeindən imtina etmək və səhərlər günəş şüası qəbul etməklə sirkad ritmini dəyişmək mümkündür.

 

Bundan başqa, həmişəkindən 2-3 saat tez oyanmaq və səhərlər açıq havada gəzmək, günəş altında mümkün qədər çox vaxt keçirmək də yuxu rejiminə təsir edən amillərdəndir.

 

Yalnız səhərlər fiziki hərəkətlər etmək lazımdır. Hər gün eyni vaxtda nahar etmək və 19:00-dan sonra heç nə yeməmək, 15:00-dan sonra kofein qəbul etməmək    məsləhətdir.

 

Həmişəkindən 2-3 saat tez yatağa uzanmaq və axşamlar işıqlandırmanı azaltmaq da yuxu rejiminə kömək edir.


Araşdırmaçılar deyirlər ki, bunlar adi şeylər kimi görünə bilər, amma əməl edilərsə, çox sayda insana fayda verə bilər.

 

İnsan orqanizminin bioloji saatı günəşin çıxmasına və batmasına uyğun qurulub, bizim gecələr yatmağımız bununla bağlıdır.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama