Professor Çərkəz Cəfərovun 80 illik yubileyi qeyd edilib
04.12.2022 19:48

Dekabrın 2-də ATU-nun Tədris Cərrahiyyə Klinikasında Əməkdar həkim, ATU-nun Ümumi cərrahlıq kafedrasının məsləhətçi-professoru Çərkəz Cəfərovun 80 illik yubileyinə həsr olunmuş elmi konfrans keçirilib.

 

Universitetdən Aztibb.az-a verilən məlumata görə, tədbirdə ATU-nun elmi işləri üzrə prorektoru, dosent Rauf Bəylərov iştirakçıları universitetin rektoru, professor Gəray Gəraybəylinin adından salamlayıb. O, bildirib ki, görkəmli tibb xadimlərinin, tanınmış həkimlərin yubileylərinin keçirilməsi universitetimizdə artıq bir ənənəyə çevrilib.

 

Yubilyar haqqında qısa məlumat verən prorektor qeyd edib ki, Çərkəz Cəfərov 1942-ci ildə Şərur rayonunun Dəmirçi kəndində anadan olub. Çərkəz müəllim gərgin əməyi sayəsində aspirantlıqdan professorluğa qədər uzun bir yol qət edib. Alim uzun illər Ümumi cərrahlıq kafedrasına rəhbərlik edib. O, 250-dən çox elmi məqalə və tezis, 2 dərslik, 3 monoqrafiya, 5 ixtira, 1 patent və 5 səmərələşdirici təklifin müəllifidir.

 

Sonra Ümumi cərrahlıq kafedrasının müdiri, professor Elçin Ağayev yubilyarın həyat və fəaliyyəti haqda məruzə ilə çıxış edib. O, bildirib ki, Çərkəz müəllim ölkəmizdə müasir cərrahiyyənin ustadlarından biri kimi tanınır. Onun həyata keçirdiyi unikal çərrahi əməliyyatlar bu gün çox böyük əhəmiyyətə malikdir:

 

“Çərkəz müəllim əmək fəaliyyətinə köks cərrahlığından başlamış və 1967-ci ildə bu şöbə Elmi-Tədqiqat Kliniki və Eksperimental Təbabət İnstitutuna (ETKETİ) verildiyindən, orada işləmişdir. 1971-ci ildə Leninqrad şəhərinə Ümumittifaq Elmi Tədqiqat Pulmonologiya İnstitutuna ezam olunmuş və 1973-cü ildə «Xroniki qeyri-spesifik pnevmoniyaların cərrahi müalicəsinə göstərişlər» mövzusunda namizədlik dissertasiyası müdafiə etdikdən sonra yenidən ETKETİ-yə qayıtmışdır. 1976-cı ildə müsabiqə yolu ilə ETKETİ-nin köks cərrahlığı şöbəsinə baş elmi işçi seçilmişdir. O, bu şöbədə bronxoloji xidməti təşkil etmiş, ağciyərin irinli və parazitar xəstəlikləri ilə əlaqədar elmi-təcrübi işlə məşğul olmuşdur. 1982-1987-ci illərdə İ.M.Seçenov adına I Moskva Tibb İnstitutuna ezam olunmuş və «Traxeyanın və onun bifurkasiyasının rezeksiyası və protezlənməsi» mövzusunda doktorluq dissertasiyası müdafiə etdikdən sonra yenidən ETKETİ-də elmi fəaliyyətini davam etdirmişdir”.

 

Ç.Cəfərov 1995-ci ildə müsabiqə yolu ilə ATU-nun Ümumi cərrahlıq kafedrasına rəhbər seçilir və bu illər ərzində tədris planını müasir səviyyəyə qədər təkmilləşdirir. Onun rəhbərliyi altında tədrislə yanaşı, kafedralarda bir sıra əməliyyatlar zamanı üzvlərin açıq və qapalı zədələnmələrinin diaqnostikası və cərrahi müalicəsi ilə əlaqədar təcrübi və elmi tədqiqat işləri aparılır. Ümumi cərrahlığın tədrisi keyfiyyətini yaxşılaşdırmaq üçün 2006-cı ildə elmin müasir səviyyəsinə uyğun yenilikləri özündə əks etdirən «Ümumi cərrahlıq», 2009-cu ildə «Kliniki və eksperimental cərrahlıq» dərsliklərini çap etdirib tələbələrin istifadəsinə verir.

 

Professor E.Ağayev qeyd edib ki, bütün bunlarla yanaşı, Çərkəz müəllim həm də yaxşı qələm sahibidir. Onun son illərdə yazdığı “Etiraf” kitabı ədəbi mühitdə öz orijinallığı ilə seçilir. O, mükəmməl üsluba malik yazıçı kimi də bu gün oxucuların sevimlisidir.

 

Tədbirdə çıxış edən ATU-nun professorları Məmməd Nəsirov, Məcid Məsimov, Məhəmməd Kərimov və dosent Səba Bağırova yubilyarla bağlı öz ürək sözlərini və xatirələrini səsləndiriblər. Onun xalqına bağlı bir insan olduğunu dilə gətirən natiqlər deyiblər ki, Çərkəz müəllim sadəliyi, şəxsiyyəti və insanlarla davranışı ilə nümunəvi bir alim, gözəl dost və qayğıkeş ailə başçısıdır. O, daim tövsiyə və məsləhətləri ilə doğma kollektivdə hər kəsə kömək etməyə çalışır, hamının böyük hörmətini qazanıb.

 

Sonda professor Çərkəz Cəfərov yubiley tədbirinin belə yüksək səviyyəli və yaddaqalan təşkilinə görə ATU-nun rektoru, professor Gəray Gəraybəyliyə, həmkarlarına və eləcə də bütün tədbir iştirakçılarına dərin təşəkkürünü bildirib.

 

Elmi konfrans öz işini “Cərrahiyyənin aktual problemləri”nə həsr olunmuş elmi məruzələrlə davam etdirib.

 

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama