"Uşaq yaşı epilepsiyaların diaqnostika və müalicəsinə müasir yanaşma" mövzusunda konfrans keçirilib
04.12.2022 15:14

Bu gün "Uşaq yaşı epilepsiyaların diaqnostika və müalicəsinə müasir yanaşma" mövzusunda elmi-praktik konfrans keçirilib.

 

Bu barədə Aztibb.az-a K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutundan məlumat verilib.

 

Bildirilib ki, konfransda institutun direktoru t.ü.f.d., dos. Allahverdi Musayev açılış nitqi ilə çıxış edərək epilepsiyanın həm pasiyentin, həm də onun ailə üzvlərinin həyat keyfiyyətinə mənfi təsir edən, sinir sisteminin ən geniş yayılmış xəstəliklərindən biri olduğunu bildirib. Qeyd edib ki, epilepsiya xəstəliyi xroniki bir xəstəlik olduğu üçün müalicəsi uzun vaxt tələb edir. Uşaqlarda epilepsiya xəstəliyinin 70-80 faizi müalicəyə tabe olur, tutmaları ya tam şəkildə aradan qalxır ya da azalır-deyə qeyd edib.

 

Yerli və xarici mütəxəssislərin iştirakı ilə keçirilən konfransda epilepsiyanın etiologiyasına, erkən diaqnostikada yeni texnologiyaların tətbiqinə, genetik, molekulyar tədqiqatlara, o cümlədən müalicədə müasir texnologiyalara və farmakoterapiyanın yeni istiqamətinə dair məlumatlar təqdim olunub.

 

Sonda tədbir iştirakçılarına sertifikat təqdim olunub.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama