Azərbaycan Retinoloqlarının VII konfransı keçirilib
04.12.2022 18:00

3 dekabr 2022-ci il tarixində Lənkəran şəhərində Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin və Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin birgə təşəbbüsü ilə Azərbaycan Retinoloqlarının VII konfransı keçirilib.

 

Aztibb.az-a Azərbaycan Oftalmoloqlar Cəmiyyətindən verilən xəbərə görə, konfransda Bakıdan və bir çox regionlardan mütəxəssis və alimlər iştirak ediblər.

 

Tədbirin keçirilməsində məqsəd oftalmologiyada baş verən yenilikləri, aktual məsələri müzakirə edərək Azərbaycan oftalmologiyasının, həmçinin region həkimlərinin inkişafına dəstək olmaqdan ibarət olub.

 

Konfrans təşkilat komitəsinin sədri t.ü.f.d. Müşfiq Kərimovdur. Heyət üzvləri t.ü.f.d. Lalə Axundova, t.ü.f.d. Aişə Şahmalıyeva, t.ü.f.d. Xalid Əliyev, dr. Ceyhun Nəzərli, t.ü.f.d. Yazgül Abdiyeva olub.

 

Tədbirdə “Fundus avtoflüoresansın mərkəzi seroz xoriopatiyanın diaqnostikasında əhəmiyyəti”, “Vitreoretinal cərrahiyyədə vizualizasiya sistemləri”, “Yaşa bağlı makula degenerasiyanın quru formasının progressivləşməsinin OKT əlamətləri”, "Brolicizumab preparatının göstərişləri”, “Yaşa bağlı makula degenerasiyanın quru formasının müasir müalicəsi”, “Cərrahi vizualizasiya sistemləri” və s. mövzularda məruzələr dinlənilib, müzakirələr aparılıb.

 

Həmçinin mütəxəssislər tərəfindən öz təcrübələrində keçirilmiş maraqlı kliniki hallar, cəmiyyətin onlara qazandırdığı biliklər barədə danışılıb. 

 

Sonda sual və təkliflər səsləndirilib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır