Reabilitasiya kursu keçən əlilliyi olan şəxslərlə paralimpiyaçılar arasında yarışlar keçirilib
03.12.2022 15:49

Reabilitasiya müəssisələrində bərpa müalicə kursu keçən əlilliyi olan şəxslərlə paralimpiyaçılar arasında 2 idman növü -oxatma və oturaq voleybol üzrə yarışlar keçirilib. 

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyindən Aztibb.az-a bildirilib ki, Agentlik və Sosial Xidmətlər Agentliyi tərəfindən 3 Dekabr – Əlilliyi olan Şəxslər Günü ilə əlaqədar təşkil olunan yarışlarda əlilliyi olan 30-dan çox şəxs gücünü sınayıb.

 

Yarışlar çərçivəsində ağırlıqqaldırma üzrə paralimpiyaçıların üstad dərsləri də keçirilib. Yekunda iştirakçılara diplomlar təqdim olunub. 

 

Əlilliyi olan şəxslərin ifalarından ibarət musiqi proqramı ilə davam edən tədbir əlilliyi olan şəxslər arasında idmanın təbliği, həmçinin onların cəmiyyətə tam inteqrasiya olunmalarına dəstək məqsədi daşıyıb.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib