“Neonatal Reanimasiya Proqramı” kursu uğurla başa çatıb
03.12.2022 09:27

1-2 dekabr 2022-ci il tarixlərində K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda “Neonatal Reanimasiya Proqramı” (NRP) kursu keçirilib.

 

İnstitutdan Aztibb.az-a bildirilib ki, tədbirdə müəssisənin direktoru t.ü.f.d., dos. Allahverdi Musayevin ölkənin doğuşayardım müəssisələrində çalışan tibb mütəxəssisləri üçün nəzərdə tutulan kursun zəruri bir təlim olduğunu diqqətə çatdırıb. O, neonatal ölümlərin qarşısının alınmasına töhfə vermək üçün belə təlimlərin keçirilməsinin vacibliyini vurğulayıb.

 

Təlimdə mütəxəssislər tərəfindən yenidoğulmuşların reanimasiyasında istifadə edilən yeni texnologiyaların, eyni zamanda təcili və təxirəsalınmaz halların profilaktikası, erkən diaqnostikası və müalicəsinə dair ən müasir məlumatların kurs iştirakçılarına çatdırılacağını bildirib.

 

Kursun ilk gününün birinci hissəsində təlimçilər – Aydan Şahbazzadə, uzman pediatr Elşad Şıxəliyev, reanimatoloq Xalidə Mustafayeva, ikinci hissədə t.ü.f.d.Sevda Əsədova, uzman pediatr Nərmin Quluzadə, reanimatoloq Afət Ağayeva iştirakçılara NRP kurs proqramına əsasən nəzəri bilikləri və praktiki bacarıqları təqdim ediblər.

 

Təlimin son günündə təlimçilər – Lamiyə Fərzəliyeva, Dünya Hüseynova, Aynur Bağırova iştirakçılara NRP kurs proqramına əsasən təqdimatla çıxış edib, praktiki bacarıqları təqdim ediblər.

 

2 gün davam edən təlimdə tibb işçiləri, neonatoloq, mama-ginekoloq və tibb bacıları iştirak ediblər.

 

Sonda təlim proqramını müvəffəqiyyətlə bitirən kurs iştirakçılarına sertifikatlar təqdim olunub.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama