Birinci və İkinci Qarabağ müharibəsinin qəhrəman iştirakçısı - Cərrah-travmatoloq NİYAZİ ƏLİYEV
02.12.2022 10:54

Aztibb.az "Həkimlərimizi tanıyaq!" rubrikasında paytaxtda və regionlarda fəaliyyət göstərən həkimlərimizi tanıtmaqda davam edir.

 

Rubrikada bu dəfə Füzuli Rayon Mərkəzi Xəstəxanasının cərrah-travmatoloqu Niyazi Əliyev haqqında məlumatları oxuculara təqdim edirik.

 

Niyazi Mürşüd oğlu Əliyev 16 yanvar 1958-ci ildə Füzuli rayonunun Merdinli kəndində anadan olub. 1975-ci ildə orta məktəbi bitirdikdən sonra 1979-cu ildə Tibb İnstititunun Müalicə-profilaktika fakültəsinə daxil olub. 1986-cı ildə Füzuli RMX-da həkim travmatoloq kimi fəaliyyətə başlayıb.

 

O, 1992-2010 cu illərdə həkim kimi hərbi xidmətdə olub və I Qarabağ müharibəsində yaxından iştirak edib. Yüzlərlə yaralıya həyat bəxş edib. Sonradan N saylı hərbi hospitalın komandiri olub. Həmin illərdə 4 dəfə ölkə başçısı tərəfindən medalla təltif edilib. Hazirda ehtiyatda olan tibb xidmət mayorudur.

 

Niyazi Əliyev 2010-cu ildə Füzuli MRX-nın Tramatologiya şöbəsinin müdiri vəzifəsində çalışıb. 2020-ci ildə II Vətən müharibəsi zamanı Füzuli RMX-a gətirilmiş yaralılara 44 gün yorulmadan xidmət göstərib. Niyazi həkimin I Qarabag müharibəsi zamani qazandığı təcrübəsi 44 günlük Vətən müharibəsi zamanı da yaralılara tibbi xidmətin təşkilində önəmli rol oynayıb. Belə ki, həkim yaralıların çeşidlənməsini öz üzərinə götürüb, bu isə, tibbi xidmətin daha asan və az itki ilə başa çatmasına səbəb olub. Vətən müharibəsində arxa cəbhədə şücaət göstərən ağxalatlı qəhramanlardan olan Niyazi Əliyev korpus komandiri tərəfindən Fəxri fərmanla təltif edilib. 

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama