Pasiyentlərə böyük qayğı ilə yanaşan yüksəkixtisaslı nefroloq həkim - Mirmənsim Məmmədov
01.12.2022 10:12

Aztibb.az-ın “Həkimlərimizi tanıyaq!” rubrikasında Sizlərə pasiyentlərə böyük qayğı ilə yanaşan yüksəkixtisaslı nefroloq həkim, Mərkəzi Gömrük Hospitalının Efferent terapiya şöbəsinin müdiri Mirmənsim Məmmədovu təqdim edirik.

 

Mirmənsim Məmmədov 2008-ci ildə Azərbaycan Tibb Universitetini bitirib, 2008-2009-cu illərdə Mərkəzi Dəmiryol xəstəxanasında internatura keçib. 2011-2013-cü illərdə dövlət tibb müəssisəsində həkim-nefroloq işləyib.

 

Mirmənsim Məmmədov 2013-cü ildən Mərkəzi Gömrük Hospitalında nefroloq, 2018-ci ildən isə Hospitalın Efferent terapiya şöbəsinin rəisi kimi fəaliyyət göstərir. O, daim öz bilik və bacarıqlarını artıran, özünə qarşı tələbkar olan yüksəkixtisaslı mütəxəssisdir.

 

Mərkəzi Gömrük Hospitalında nefroloji və böyrək transplantasiyası olmuş xəstələrin polikilnik və stasionar müalicəsini, hemodializ kateterinin qoyulmasını, daimi hemodializ kateterinin qoyulmasını, kəskin və xroniki böyrək çatışmazlığında hemodializ, hemofiltrasiya, izolyasiya olunmuş ultrafiltrasiya, membran plazmafarez və böyrəklərin incə iynə ilə biopsiyası prosedurlarını həyata keçirir.

 

O, müxtəlif illərdə xarici ölkələrdə təşkil olunan təkmilləşdirmə kurslarında, beynəlxalq konqreslərdə iştirak edib. Belə ki, 2009-2011-ci illərdə Türkiyə 9 Eylül Universitetinin Nefrologiya kafedrasında, 2015-ci ildə Türkiyənin Akdeniz Univerisitetinin Orqan Transplantasiyası Mərkəzində təkmilləşdirmə kursları keçib. O, 2015-ci ildə Türkiyənin Ankara şəhərində XII Beynəlxalq İntensiv Terapiya konqresində və 2018-ci ildə Antalyanın Belek şəhərində Beynəlxalq nefroloji, hipertoniya, dializ və transplantasiya konqresində iştirak edib.

 

Mirmənsim Məmmədov 2019-cu ilin aprel ayında Türkiyənin Ankara şəhərində yerləşən Ankara Tibb Universitetinin Pediatriya xəstəxanasında "Uşaqlarda kəskin və xroniki böyrək çatışmazlığı zamanı peritoneal dializ" mövzusunda təkmilləşdirmə kursunun, həmin ilin oktyabr ayında Türkiyənin Malatya şəhərində yerləşən İnönü Universitetinin Qaraciyər Transplantasiya İnstitutunda hepatorenal sindromlu xəstələrdə ekstrakarporal müalicə üzrə təkmilləşdirmə kursunun iştirakçısı olub.

 

Nefroloq həkimin qəbuluna yazılmaq üçün əlaqə nömrəsi: (012) 404-08-08.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır