ÜST-nin missiyasının Azərbaycana səfəri yekunlaşıb - Fotolar
01.12.2022 09:33
Azərbaycanda səhiyyə hesablama sisteminin tətbiqi və səhiyyə xərclərinin izlənməsinin qiymətləndirilməsi üzrə Ümumdünya Səhiyyə Təşkilatının missiyasının Azərbaycana səfəri yekunlaşıb.
 
Aztibb.az Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan nümayəndəliyinə istinadla xəbər verir ki, missiyanın ikinci günündə ekspertlər Dövlət Statistika Komitəsi və TƏBİB-də görüşlər keçirib.
 
Daha sonra təşkil olunmuş seminarda çıxış edən ekspertlər səhiyyə xərclərinin izlənilməsi, məlumatların və beynəlxalq müqayisələrin aparılması üçün nəzərdə tutulan ÜST-nin Səhiyyə Hesabları Sistemi (SHS) aləti haqqında məlumat verib və yerli qurum nümayəndələri ilə SHS-nin Azərbaycanda tətbiqi imkanlarını müzakirə ediblər. Seminarda həmçinin, son illərdə Azərbaycanın səhiyyə sistemində aparılan islahatlar, səhiyyənin maliyyələşmə mexanizmləri və səhiyyə xərclərinin axını haqqında danışılıb.
 
Qeyd edək ki, SHS səhiyyə sisteminin fəaliyyətini izləmək və qiymətləndirmək məqsədilə analitik alət kimi istifadə olunur. Bundan əlavə, səhiyyə xərclərinin SHS metodologiyasına əsaslanaraq izlənməsi üsulu siyasətçilərə ənənəvi fiskal təhlil ilə müqayisədə tibbi xidmətlərin istifadəsi haqqında zəngin məlumat verir.
ÜST Azərbaycanda səhiyyə sisteminin effektivliyinin artırılmasına dəstəyini davam etdirir.
Səadət Abdullayeva
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır