Saçların tökülməsi və onun səbəbləri
30.11.2022 10:07
Saç tökülməsinə səbəb olan bir çox amillər var. Onların içərisində stress öndə gəlir. Stress həm istənilən tip saç tökülməsinə səbəb ola, həm də saç tökülməsini artıra bilər.
 
Aztibb.az tibbi saytlara istinadla xəbər verir ki, saç tökülməsinə səbəb olan amillər içərisində ikinci yerdə hər hansı mikroelementin, vitaminin çatışmazlığı, qan azlığı gəlir. Üçüncü yerdə genetik faktorları, daha sonra isə hormonal pozğunluqları qeyd etmək olar.
 
Hormonal pozğunluqlar, endokrin xəstəliklər fonunda da saç tökülməsi mümkündür. Ferritin azlığı zamanı çox sürətli, güclü tökülmə qeydə alınır. Tərkibində sink, B12, mis, biotin, fol turşusu olan qidalardan istifadə etməlisiniz.
 
Gün ərzində 250, hətta 500 tükün tökülməsi mümkündür. Təbii ki, belə hallarda saçların tökülməsinin qarşısını almaq üçün çatışmazlığa səbəb olan amil aradan qaldırılmalıdır. Bu kimi saç tökülmələrində kompleks müalicə aparmaq lazımdır.
 
Mezoterapiya adlanan müalicə üsulu ilə saç üçün lazım olan elementlərin - mineralların, vitaminlərin inyeksiya ilə saç diblərinə yeridilməsi, saç seyrəkliyinin aradan qaldırılması mümkkündür. Bu tökülmələrin şiddətinə görə, 6-8-10 seans şəklində icra olunur. 
 
Saç tökülməsi problemi olan insanların ən yaxşı nəticə aldığı üsul olan PRP proseduru zamanı xəstənin öz qanı alınaraq sentrifuqadan keçirildikdən sonra trombositlərlə zənginləşdirilmiş plazma saç dərisinə yeridilir.
 
Həmçinin saç tökülməsi ilə üzləşən insanlar saç və baş dərisinə zərər verə biləcək saç baxım məhsullarından uzaq durmalıdırlar.  Proteinlə zəngin pəhrizə keçmək xüsusilə vacibdir.  Əgər tökülmə vitamin çatışmazlığı səbəbindən baş veribsə, vitamin çatışmazlığı bərpa edilməlidir.
 
Saçlarının tökülməsi 1-2 aydan çox çəkirsə və əgər bu, həmin adamı narahat edirsə, o zaman həkimə müraciət etmək, qanı yoxlatmaq və tibbi müayinələrdən keçmək lazımdır.
Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama
DİM-lərə töhfə: ATU-da tibb kolleclərinin müəllimləri üçün müasir klinik tədris yanaşmaları müzakirə olunub