Tərtərin Buruc kəndinin sakinləri tibbi müayinədən keçirilib
29.11.2022 15:32

Vətəndaşların sağlamlığının qorunması, göstərilən tibb xidmətinin səviyyəsinin və keyfiyyətinin yüksəldilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən biridir.

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə səhiyyə sahəsində uğurlu islahatlar aparılır. Ən müasir avadanlıqlarla təchiz olunmuş yeni tibb ocaqları tikilir, səhiyyə xidmətinin yaxşılaşdırılması istiqamətində ardıcıl, təxirəsalınmaz tədbirlər görülür.

 

Aztibb.az xəbər verir ki, dövlətimizin başçısının tövsiyəsi ilə vətəndaşların hər il tibbi müayinələrə cəlb edilməsi kampaniyası Tərtər rayonunda da uğurla davam edir.

 

Tərtər Rayon Mərkəzi Xəstəxanasının peşəkar həkim və tibb işçilərindən ibarət geniştərkibli briqadasının iştirakı ilə rayonun Buruc kəndinin sakinləri kütləvi tibbi müayinələrə cəlb olunublar.

 

Məqsəd kəndlərdə yaşayan əhalinin və şəhid, qazi ailələrinin tibbi xidmətlə daha yüksək səviyyədə təmin olunmasından ibarət olub.
 
Tərtər RMX-na gəlməkdə maddi və fiziki çətinliyi olan xəstələr yerindəcə müayinə edilərək müalicəyə cəlb olunub.
 

Kənd sakinləri onlara göstərilən tibbi xidmətin səviyyəsindən razı qaldıqlarını bildiriblər.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama