“Azərbaycanın cənub bölgəsində təhlükəsiz analıq” pilot layihəsi çərçivəsində növbəti tədbir keçirilib  
29.11.2022 14:20
BMT-nin Əhali Fondunun təşəbbüsü ilə Azərbaycanda ailə planlaması institutlarının təkmilləşdirilməsi və əhalinin reproduktiv sağlamlığının qorunması məqsədilə “Azərbaycanın cənub bölgəsində təhlükəsiz analıq: ana ölümünün sıfıra endirilməsinə doğru” layihənin icra olunması məqsədilə Fondun, TƏBİB-in Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun əməkdaşlarının Lənkərana səfəri baş tutub.
 
TƏBİB-dən verilən xəbərə görə, iki il davam edən layihə Azərbaycanın cənub bölgəsində - Lənkəran rayonunda ana ölümünün azaldılması istiqamətində təklif olunan strategiyaları tətbiq etmək niyyətindədir. Pilot layihənin həyata keçirilməsi mərkəzləşdirilmiş doğum şöbələri olan bir neçə tibb müəssisəsində icra olunacaq. Əsas fəaliyyətlərə tibb personalının potensialın artırılması və maarifləndirmə üzrə təlim və əhali arasında müxtəlif kampaniyaların, həmçinin kliniki protokolların və metodik vasitələrin yenilənməsi üçün tövsiyələrin hazırlanması daxildir. Layihəyə bu sahədə beynəlxalq tanınmış ekspertlər rəhbərlik edir. Məqsəd əngəllənə bilən ana ölümü sayının azalmasına nail olmaq və layihəni Azərbaycanın digər regionlarda tətbiq etməkdir.
 
Layihə çərçivəsində Lənkəran Perinatal Mərkəzinin Doğum şöbəsinə, Lənkəran rayonu 1 və 2 saylı Ailə Sağlamlıq Mərkəzinə, Lənkəran Rayon Mərkəzi Xəstəxanasında yerləşən Ginekoloji kabinetə işçi qrup tərəfindən yenidən baxış keçirilib.
 
Layihə üzrə Lənkəran Perinatal Mərkəzin akt zalında “Aseptika və antiseptika qaydaları: xəstəxanadaxili infeksiyalar”, “Erkən nikahlar”, “Cinsi yolla yoluxan xəstəliklər”, “Abort və düşük: medikamentoz abort və abortdan sonra qulluq”, “Hamiləlik zamanı rezus izoimmunizasiya”, “Müasir kontrasepsiya üsulları, seçim qaydası və qorunma dərəcəsi” mövzularında mühazirələr oxunub.
Eyni zamanda, BMT-nin Əhali Fondu tərəfindən uşaqlıq boynu xərçənginin skrininqinin aparılması məqsədilə uşaqlıq boynunun müayinəsində istifadə olunacaq ləvazimat və dərman vasitəsi tibb müəssisəsinə hədiyyə edilib.
 
Tədbirin sonunda iştirakçılarla müzakirələr aparılıb, onların sualları cavablandırılıb.
 
Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama