Ailə həkiminin vəzifəsi nədir?
28.11.2022 14:23

Ailə həkimləri keçmiş sahə həkimləri və sahə pediatırlarıdır. Ailə həkiminə müraciət edən vətəndaşlara hazırda daha geniş sahədə və təmənnasız xidmət göstərilir. Həkim xəstəni ilkin müayinə edir, diaqnoz qoyaraq lazım olan müayinələrə göndərir və ehtiyac yarandıqda pasiyenti məhdud ixtisas həkimlərinə yönəldir. Həmçinin müayinə və müalicəsini nəzarətdə saxlayır.

 

Aztibb.az xəbər verir ki, bunu Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının 1 saylı Ailə Sağlamlıq Mərkəzinin həkimi Kifayət Həsənova bildirib.


Onun sözlərinə görə, ailə həkiminin əsas vəzifəsi xəstəliyin profilaktikası ilə məşğul olmaq, aşkar etdiyi xroniki xəstəliyi dispanser nəzarətdə saxlamaqdır. Ailə həkimi aşkar etdiyi xəstəlik haqqında xəstəni məlumatlandırır, sağalması üçün lazımi məsləhətlətlərini verir:

 

"Məlumdur ki, yüksək təzyiqi olan xəstə pəhriz gözləmirsə, zərərli vərdişlərini tərgitmirsə həkimin təyin etdiyi müalicə müsbət effekt verməz. Bu səbəbdən bir həkim kimi deyil ailə dostu kimi pasiyentlərlə sıx əlaqələr yaradılır, tövsiyyələr verilir".

 

Kifayət Həsənova qeyd edib ki, ailə həkimləri sahəsindəki ailələri yaxından tanıyan bir təbib kimi pasiyentlərin irsi xəstəliklərinin gedişini, ağırlaşmasını xəstələrə izah edir, doğulan uşaqlarda da irsi patologiya ola biləcəyini bildirir. Ailə həkimləri sahəsindəki hamilə qadınları nəzarətə götürərək, müayinə və müalicəsində ginekoloqlarla birlikdə yaxından iştirak edir, risk qrupuna daxil olan hamilələrə xüsusi diqqət göstərirlər.

 

"Ailə həkimləri I qrup və ağır yataq xəstələrini ASM-nin xidməti maşını ilə evlərdə yoxlayır, lazım gələrsə digər ixtisas həkimlərini də müayinəyə cəlb edirlər.
Bütün dünyada COVID-19 pandemiyasının yayıldığı zamanda ailə həkimləri də gərgin işlədi. Virus infeksiyasının profilaktikası ilə yanaşı əhalinin vaksinasiyaya cəlb olunmasında yaxından iştirak etdi,
Hazırda vətəndaşlar ailə həkiminə müraciət etmədən sərbəst şəkildə dar ixtisas həkimlərinə müraciət edə bilirlər. Bu, xəstələri müəyyən vaxt itkisindən azad edir. Lakin vətəndaşlar xəstəliyinin gedişatına nisbətdə düzgün seçim etmədiyi üçün müxtəlif həkimlərin qəbulunda olmaq məcburiyyətində qalırlar. Yaxşı olar ki, şəhər qeydiyyatında olan insanlar əvvəllər olduğu kimi ilk olaraq ailə həkiminin xidmətində olsun", - deyə o, bildirib.

 

Müəllif: Səadət Məmmədova

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır