40 yaşdan sonra qida rasionu və həyat tərzi yenidən nəzərdən keçirilməlidir
27.11.2022 09:20

40 yaşdan sonra qida və spirtli içkilərin qəbulu ilə bağlı vərdişləri yenidən nəzərdən keçirmək lazımdır.

 

Mütəxəssislərin fikrincə, bunun səbəblərindən biri metabolik proseslərin yaşla bağlı yavaşlamasıdır. 40 yaşdan sonra zərərli maddələr orqanizmdən daha çətin xaric olur, toxumalar yenidən qurulur. 

 

Aztibb.az AZƏRTAC-a istinadla xəbər verir ki, bundan başqa, insulin daha az istehsal olunur, fermentativ fəallıq azalır.

 

Sadalanmış dəyişikliklər həzm proseslərinə təsir edir – xüsusilə, 40 yaşdan sonra bəzi qida məhsulları, yağlı qida orqanizm tərəfindən daha pis həzm oluna bilər. Nəticədə, adi görünən qida məhsulları mədə-bağırsaq traktında problemlərin olmasını sübut edən xoşagəlməz simptomların əmələ gəlməsinə səbəb olur.

 

Yaşlandıqca və qocaldıqca insan bədəninin alkoqolu həzmetmə tərzi dəyişir. Onun parçalanması zamanı əmələ gələn toksinlərin xaric edilməsi yavaşlayır - bu onların orqan toxumalarına mənfi təsirini daha əhəmiyyətli edir.

 

40 yaşdan sonra insan qida rasionunu və həyat tərzini yenidən nəzərdən keçirməlidir. Bu prinsipin ciddiyə alınmaması artıq çəki və bədən həcminin artmasına gətirib çıxara bilər, bu da öz növbəsində bir çox xəstəliklərin inkişafı ilə əlaqələndirilir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub