Damarları təmizləmək üçün ELİKSİR
26.11.2022 19:09

Həkim-fitoterapevt Fizuli Hüseynov damarları təmizləmək üçün eliksir resepti barədə məlumat verib. 

 

Aztibb.az F.Hüseynovun feysbuk səhifəsinə istinadla xəbər verir ki, eliksir yüksək xolesterində, ürək damarlarının tutulmasında, yüksək təzyiqdə, yüksək lipidlərdə, piylənmədə, bədən soyuqluğunda, qan dövranı pozğunluqlarında, yaddaşsızlıqda, skleroz və s. kimi xəstəliklərdə faydalıdır.

 

Eliksir gözləri işıqlandırır, sağalmaz trofiki yaraların müalicəsində içilə bilir, hətta şəkər xəstələri belə rahatlıqla bu eliksirdən istifadə edə bilər onlarada çox faydalıdır. Eliksir beyin-qan dövranını əhəmiyyətli dərəcədə yaxşılaşdırır.

 
Resept:
 
Yemişan meyvəsi 400 qram, yemişan çiçəyi 100 qram, yapon saforası 200 qram, öksəotu 200 qram, bal yarım stəkan təbii alma sirkəsi 1 stəkan, spirt 1 stəkan və su 2 litr.
 
Bütün bitkilər kiçik ölçüdə doğranılır, alma sirkəsi, spirt, bal və su əlavə olunur, yaxşı-yaxşı qarışdırılır, ağzı tənziflə örtülərək adi otaq temperaturu olan bir yerə qoyulur. Şüşə balona töküb saxlamağınız tövsiyə edilir. Qış aylarında təxminən 3-4 aya, yay aylarında isə 2 aya hazır olur (saxlanılan havanın temperaturu nə qədər isti olarsa eliksir o qədər tez hazır olacaq). Həkim gündə 1 dəfə qarışdırmağı məsləhət görür: "Qarışımdan əvvəlcə çaxır iyi gələcək, sonra yavaş-yavaş sirkələşəcək tam sirkə iyi gələndən sonra istifadəyə hazırdır".
 
İstifadə qaydası:
 
Gündə 2-3 dəfə yeməkdən 2 saat sonra 1 xörək qaşığı 1 stəkan suya qarışdırıb içilir. İstifadə müddəti 3 aydır, əlavə təsir olarsa məsələn, allergiya, təzyiq düşməsi onda istifadəni dayandırıb məsləhət etmək lazımdır. Təzyiq düşən zaman 1 stəkan suya 1 çay qaşığı bal qarışdıra bilərsiniz. F.Hüseynov qeyd edib ki, eliksirin tərkibində alkoqol qalmır tərkibə qarışdırılımış spirt sirkələşir, burda spirt yalnız xarab olmaqdan qorumaq üçün (stabilizator olaraq) qarışdırılır.7
 
 
Müəllif: Səadət Məmmədova
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub