Çuğundurun sağlamlıq üçün faydalı xüsusiyyətləri
26.11.2022 14:00

Çuğundur qan təzyiqini salmağa kömək edən və bağırsağın mikroflorasını yaxşılaşdıran ən ucuz vasitələrindən biridir. Onun tərkibində böyük miqdarda təbii nitratlar - damar divarını rahatlaşdıran və koronar arteriyaları genişləndirən maddələr var.

 

AZƏRTAC “Eat This, Not That” jurnalına istinadla xəbər verir ki, bu maddələrin damarlara təsiri nəticəsində qan təzyiqi düşür, qan keçiriciliyi yaxşılaşır.

 

Həkimlər hesab edirlər ki, hipotenziv vasitə kimi çuğundur şirəsi xüsusilə faydalıdır. Müəyyən edilib ki, çuğundur şirəsi qəbul edən insanlarda qan təzyiqi normallaşır. Bu təsir çuğundurun və ya onun şirəsinin mütəmadi olaraq qəbulunun dayandırılmasından sonra üç aya qədər davam edir.

 

Çuğundurun daha bir faydalı xüsusiyyəti: meyvəköklünün qəbulu əzələlərin vəziyyətini yaxşılaşdırır. Bundan başqa, tərəvəz bağırsağın vəziyyətini möhkəmləndirir – onun lifləri bağırsaq florasında yaxşı bakteriyaların səviyyəsini artıran prebiotik rolunu oynayır.

 

Çuğundurun tərkibində bağırsaqlarda qısa zəncirli yağ turşularının səviyyəsini artıran betalainlər və fenolik maddələr də var. Bunlar iltihabı azaltmağa və immuniteti gücləndirməyə kömək edir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub