Cəbrayıl şəhərində Ailə Sağlamlıq Mərkəzi fəaliyyətə başlayıb
25.11.2022 15:12
Bu gün işğaldan azad edilmiş Cəbrayıl şəhərində Ailə Sağlamlıq Mərkəzi fəaliyyətə başlayıb.
 
Aztibb.az TƏBİB-ə istinadla xəbər verir ki, Ailə Sağlamlıq Mərkəzi TƏBİB-in icraçı direktoru Vüqar Qurbanovun əmri ilə TƏBİB-in tabeliyindəki Biləsuvar rayonu ərazisində fəaliyyət göstərən Cəbrayıl Rayon Mərkəzi Xəstəxanasının tabeliyində yaradılıb.
 
Mərkəz 6 otaqdan ibarətdir. Tibb müəssisəsində Cəbrayıl Rayon Mərkəzi Xəstəxanasından ezam olunan 16 nəfər (tibb və qeyri-tibb) növbəlilik əsasında xidmət göstərəcək. Hər növbədə həkim, tibb bacısı, sürücü və xadimə 24 saat fasiləsiz vətəndaşların xidmətində olacaq.
 
Sağlamlıq mərkəzinin binası əsaslı təmirdən sonra istifadəyə verilib və 10 minə qədər vətəndaşa xidmət göstərilməsi nəzərdə tutulub. Müəssisə bütün zəruri tibbi avadanlıqlar və vasitələrlə təmin edilib.
 
Mərkəzdə təcili və təxirəsalınmaz tibbi yardım xidməti təşkil edilib və ambulansla tam təchiz olunub.
 
Mərkəzin açılışında TƏBİB-in Koordinasiya şöbəsinin müdiri Mübariz Ağayev, Cəbrayıl Rayon Mərkəzi Xəstəxanasının direktoru Anar Zamanov və Ailə Sağlamlıq Mərkəzində çalışan tibb işçiləri iştirak edib.
 
 
Müəllif: Səadət Məmmədova
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub