Mövsümü xəstəliklər: bronxit və bronxiolitlər
25.11.2022 09:22

Mövsümün dəyişməsi, havaların soyuması ilə əlaqədar uşaqlar arasında virus infeksiyalarının törətdiyi xəstəliklərdə artım müşahidə olunur. Xəstəliklər arasında daha çox yayılan bronxit və bronxiolitlərdir.

 

Aztibb.az xəbər verir ki, bu barədə Mingəçevir ŞMX-nın Uşaq şöbəsinin həkim pediatrı Könül Zeynalova məlumat verib.

 

Həkim bildirib ki, bronxitlər daha çox yuxarı yaş qrupu uşaqlarda, bronxiolitlər isə kiçik yaş qrupu uşaqlar arasında rast gəlinir. Bu gün pediatrlara edilən müraciətlərin əsasını bronxiolit xəstəliyinə tutulmuş körpələrin vəziyyətinin ağırlaşması təşkil edir. 

 

Onun sözlərinə görə, nronxiolitlərin əsas törədicisi daha çox Respirator Sinsitial Virusudur. Xəstəliyin əsas əlamətləri burun tıxanıqlığı, körpələrdə tənəffüsün çətinləşməsi, qidalanarkən və yatarkən boğulma ilə müşaiyət olunan öskürək, sinədə davamlı xışıltının olması, xəstəlik irəlilədikcə hərarətin yüksəlməsi, halsızlıq və iştahın pozulmasının müşahidə olunmasıdır.

 

"Əgər körpələrdə bu əlamətlər müşahidə edilərsə təcili sürətdə pediatrla əlaqə saxlamaq lazımdır. Vaxtında həkimə müraciət xəstəliyə yoluxmuş körpənin vəziyyətinin ağırlaşmasından xilas edir. Ən əsası isə uşaqlar peyvənd olunmalıdır. Çünki vaxtlı vaxtında olunan peyvəndlər uşaqları bu kimi xəstəliklərdən qoruyur. Həmçinin peyvənd olunmuş uşaqlar xəstəliyi daha asan keçirir, daha tez sağalırlar.
Əziz valideynlər, infeksiyalara yoluxmuş övladlarınıza qarşı daha diqqətli olun və onların vəziyyəti ağırlaşdırmadan pediatra müraciət edin", - deyə Könül Zeynalova qeyd edib.

 

Müəllif: Zamiq İbrahimov

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır