Badam iştahanı azaldır və daha az yeməyə kömək edir
24.11.2022 14:31

Rasiona badamın daxil edilməsi iştahaya daha yaxşı nəzarət etməyə və yüksək kalorili qidaların həcmini azaltmağa kömək edir. Bu, alimlərin yeni araşdırmasının nəticəsidir.

 

Cənubi Avstraliya Universitetini təmsil edən elmi mütəxəssislər badamın arıqlama və sağlam çəkinin qorunub saxlanması üçün faydası barədə nəticəyə gəliblər. 

 

Aztibb.az medikforum.ru-ya istinadla xəbər verir ki, bu layihə barədə “European Journal of Nutrition” jurnalında məlumat verilir.

 

Tədqiqat aparan alimlər müəyyən ediblər ki, badam iştahanı azaldır və daha az yeməyə kömək edir.

 

“30-50 qram badamın istehlakı növbəti qida qəbulunun kaloriliyini azaltmağa kömək edir”, - deyə araşdırmanın müəllifləri qeyd ediblər.

 

Onlar tərəfindən aparılan sınaqlarda 140 nəfər iştirak edib. İnsanlar iki qrupa bölünüb. Birinci qrup iştirakçıları səhər acqarına bir ovuc badam, ikinci qrup iştirakçıları isə karbohidratlı qəlyanaltı qəbul ediblər. Sonda (30 dəqiqə sonra və bir və iki saat sonra) könüllülərdə qanda hormonların tərkibi yoxlanılıb. Daha sonra alimlər hər iki qrup iştirakçılarının qidanı necə qəbul etdiklərini müşahidə ediblər.

 

Tədqiqatçılar aşkar ediblər ki, badam qəbul edən insanlarda mədəaltı vəzinin qlükagon polipeptid konsentrasiyası artır, bunun sayəsində isə həzm yavaşlayır, beyin doyma siqnallarını daha sürətli alır və iştaha da azalır. Badamla qəlyanaltı etdikdən sonra sınaqda iştirak edənlər daha az yeməyə başlayırdı – növbəti yemək qəbulu orta hesabla 70 kalori itirib.

 

Alimlər badamın təsirini protein, lif və doymamış yağ turşularının zəngin tərkibi ilə əlaqələndirir.

 

Mütəxəssislər hesab edirlər ki, “Müntəzəm olaraq badamın qəbul edilməsi iştahaya daha yaxşı nəzarət etmək və böyük həcmdə yüksəkkalorili yeməklərdən imtina etməyə imkan verir”.

 

Müəllif: Səadət Məmmədova

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub