Quba Rayonlararası Psixonevroloji Mərkəzinə başçəkmə həyata keçirilib
28.09.2020 17:08

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın tapşırığı ilə Milli Preventiv Qrupun (MPQ) üzvləri tərəfindən Səhiyyə Nazirliyinin Quba Rayonlararası Psixonevroloji Mərkəzinə əvvəlcədən xəbərdarlıq etmədən plan üzrə başçəkmə həyata keçirilib.

 

Başçəkmədə məqsəd müəssisədə saxlanma şəraiti və rəftar məsələlərinin qiymətləndirilməsi, habelə pasiyentlərin hüquqlarının təmin olunması vəziyyətinin araşdırılması olub.

 

BMT-nin İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiyasının Fakültativ Protokolu, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında Konstitusiya Qanunu və “Psixiatriya yardımı haqqında” Azərbaycan Respublikasının Qanununun tələbləri əsasında keçirilən başçəkmə zamanı ümumi əraziyə, şöbələrə, palatalara baxış keçirilib.

 

Başçəkmə çərçivəsində bir sıra pasiyentlərlə konfidensial söhbət aparılıb. Eyni zamanda, bəzi pasiyentlərin xəstəxanaya yerləşdirilməsi əsasları və müvafiq sənədləşdirmə araşdırılıb.

 

Sonda milli qanunvericilik və beynəlxalq standartlar, o cümlədən BMT-nin “Psixi xəstələrin müdafiəsi və psixiatriya yardımının yaxşılaşdırılması prinsipləri” əsasında müəssisənin rəhbərliyi ilə hüquqi maarifləndirici söhbətlər aparılıb, pasiyentlərin hüquqlarının təmininə diqqətin artırılması, bu sahədə fəaliyyətin və sənədləşmənin təkmilləşdirilməsi ilə bağlı tövsiyələr verilib. 

 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır