Azərbaycan və Böyük Britaniya arasında səhiyyə sahəsində əməkdaşlıq müzakirə olunub
23.11.2022 15:26

Səhiyyə Nazirliyində Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Fergus Auldla görüş keçirilib.

 

Səhiyyə Nazirliyindən Aztibb.az-a verilən məlumata görə, qonaqları salamlayan səhiyyə naziri Teymur Musayev Fergus Auldu Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki səfiri vəzifəsinə təyin olunması münasibətilə təbrik edib. Nazir Azərbaycan-Böyük Britaniya münasibətlərinin dinamik inkişaf tendensiyasına malik olduğunu vurğulayıb. Onun sözlərinə görə, ölkələrimiz arasında bir çox sahəni ehtiva edən çoxşaxəli rasional münasibətlər mövcuddur.

 

Teymur Musayev Böyük Britaniyada səhiyyə sektorunun çox yüksək səviyyədə olduğunu, bu ölkənin səhiyyə sisteminin (National Health Service – NHS) isə dünyada ən səmərəli təşkil edildiyini qeyd edib: “Britaniya səhiyyəsi innovativ avadanlıqların klinik praktikaya tətbiqi və tibb işçilərinin yüksək peşə hazırlığı ilə seçilir. Bundan əlavə, Böyük Britaniyanın tibb universitetləri təhsilin keyfiyyəti və yüksək ixtisaslı mütəxəssislərin buraxılması ilə məşhurdur. Belə ki, bu ölkənin üç tibb məktəbi dünyanın ən yaxşı tibb universitetlərinin ilk onluğundadır”.

 

Nazir gələcəkdə elmi-tibbi və digər sahələrdə əməkdaşlığın daha da uğurla inkişaf etdiriləcəyinə ümidvar olduğunu qeyd edib.

 

Öz növbəsində səfir Fergus Auld Böyük Britaniyanın Azərbaycanla münasibətlərin inkişaf etdirilməsinə xüsusi diqqət yetirdiyini qeyd edib. Onun sözlərinə görə, dost ölkələrin səhiyyəsinin səmərəliliyini artırmaq məqsədilə tibb təhsili sahəsində qarşılıqlı fəaliyyət üçün bütün zəruri vasitələr mövcuddur. Fergus Auld postkovid dövründə Azərbaycan-Böyük Britaniya arasında əməkdaşlığın genişləndirilməsinin daha da zəruri olduğunu qeyd edib.


Konstruktiv və qarşılıqlı anlaşma şəraitində keçən görüş zamanı səhiyyə və tibb elmi sahəsində Azərbaycan və Böyük Britaniya əməkdaşlığının mövcud vəziyyəti və potensial inkişaf imkanları müzakirə olunub.

 

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub