Nevropotoloq Elşən Qafarov - Peşəkar həkimlərimizi tanıyaq!
23.11.2022 18:48

Dünyada həkimlik qədər şəfalı, şəfqətli, xeyirxah və humanist peşə yoxdur. Bütün zamanlarda, xalqlar arasında həkim cəmiyyətin ən çox sevilən və hörmət edilən təbəqəsi sayılıb, onların haqqında hikmətli sözlər yazılıb. Seçdiyi peşəsindən, həyatdakı işindən, mövqeyindən asılı olmayaraq, hər kəsin qəlbində bu sənət sahiblərinə qarşı ali hisslər yaşayır.

 

Aztibb.az-ın "Həkimlərimizi tanıyaq!" rubrikasında söz açacağımız Elşən Qafarov da sevilən, seçilən həkimlərimizdəndir. O, bu günədək mənalı həyatını bütünlüklə şərəfli işinə, müqəddəs peşəsinə, insanların problemlərinə və sağlamlığına həsr edib.

 

Elşən Əlişan oğlu Qafarov 7 may 1974-cü il Əli Bayramlı (Şirvan) şəhərində anadan olub. 1992-1998-ci illərdə N.Nərimanov adına Azərbaycan Tibb Universitetin Müalicə-profilaktikası fakültəsində təhsil alıb. 1998-1999-cu illərdə Əli Bayramlı (Şirvan) Şəhər Mərkəzi Xəstəxanasında internatura keçib.

 

O, 1999-cu ildə TTTYS-da çağırışçı həkim vəzifəsində çalışıb. 2001-ci ildə hərbi xidməti başa vurub və Şirvan Xəstəxanasının TTTYS-da həkim kimi fəaliyyətini davam etdirib. 2003-cü ildə Poliklinikada həkim-nevropotoloq işləyib.

 

Elşən Qafarov 2014 və 2019-cu illərdə Həkimlərin Sertifikasiya Şəhadətnaməsindən keçib.

Hazırda Şirvan Şəhər Mərkəzi Xəstəxanasının Poliklinikasında həkim-nevropotoloq kimi fəaliyyətini davam etdirir.

Müəllif: Nərgiz Qəhrəmanova

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır