Qəhrəman həkimlərimizi tanıyaq!
23.11.2022 08:47

44 günlük Vətən müharibəsində hərbçilərimizlə yanaşı, tibb işçiləri də əsl qəhrəmanlıq və öz peşələrinə sədaqət nümayiş etdirdilər. Həkimlərimiz cəbhədə cəsarət, misilsiz dəyanət və humanizm nümunələri yaratdılar. Onlardan biri də Balakən Rayon Mərkəzi Xəstəxanasının həkim-cərrahı Vəlixan Nəsiboğludur.

 

Aztibb.az Balakən Rayon Mərkəzi Xəstəxanasına istinadla bildirir ki, Vəlixan Nəsiboğlu 1960-cı ilin iyulun 16-da Gürcüstan Respublikasının Telavi rayonunun Qaracalar kəndində anadan olub. Orta təhsilini Gürcüstanda alıb. 1982-cil ildə Rusiya Federasiyasında Çeçenistanın paytaxtı Qroznı şəhərində feldşer ixtisası üzrə tibbi texnikumu bitirib.

 

O, 1985-1991-ci illərdə Həştərxan Dövlət Tibb Akademiyasının Müalicə işi fakültəsində təhsil alıb. 1991-1992-ci illərdə isə Moskva ikinci tibb institutunun bazası olan-Kaluba Təcili Tibbi yardım xəstəxanasının cərrahiyyə şöbəsində kliniki internaturanı bitirib.

 

1992-ci ildən Balakən Rayon Mərkəzi Xəstəxanasında ümumi-cərrah kimi işləyir. 1994-cü ildən 1997-ci ilin dekabrına qədər Murovdağ bölgəsində Azərbaycan Milli Ordusunda hərbi cərrah və Səhra Hospitalının rəisi vəzifəsində işləyib.

 

Vəlixan Nəsiboğlu Rusiyada və Ukraynada təkmilləşmə kurslarında təhsil alıb. Azərbaycanın erməni işğalçılarına qarşı apardığı 2-ci Qarabağ müharibəsində həkim-cərrah kimi könüllü olaraq əsgər və zabitlərimizə xidmət göstərib.

 

O, qəhrəman həkim kimi, ön xətdə vuruşan yaralıların bölgədən çıxarılmasına kömək edib, əsgərlərimizə ilkin tibbi yardım göstərib.

 

Müəllif: Səadət Məmmədova

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır