Naxçıvandakı müalicə mərkəzlərinə mediatur təşkil edilib
22.11.2022 11:43

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyi Naxçıvan Muxtar Respublikasında yerləşən və agentlik tərəfindən sanatoriya-kurort yollayışı verilən müalicə mərkəzlərinə mediatur təşkil edib.

 

Nazirlikdən veilən məlumata görə, media nümayəndələri “Duzdağ” Fizioterapiya Mərkəzi, “Darıdağ” Arsenli Su Müalicəxanası və Naxçıvan Diaqnostika-Müalicə Mərkəzində şəhid ailələri üzvləri, müharibə ilə əlaqədar əlilliyi olan şəxslər və digər imtiyazlı kateqoriyadan olan şəxslərə göstərilən xidmətlərlə əyani tanış olublar.

 

Qeyd edək ki, mərkəzlərə bronxial astma, əsəb, qaraciyər və öd yolları, revmatoloji və s. xəstəlikləri olan vətəndaşlar qəbul edilir və onlar səmərəli fizioterapevtik müalicə prosedurlarından keçirlər. Həmin prosedurlar nəticəsində xəstələrdə pozitiv dəyişikliklər müşahidə edilir.

 

Agentlik tərəfindən postmüharibə dövründə 7 minədək imtiyazlı şəxs sanatoriya-kurort və müalicə mərkəzlərinə yollayışla təmin edilib. Yollayışla təmin edilənlərdən 308 nəfər imtiyazlı şəxs Naxçıvanda yerləşən sanatoriya-kurort mərkəzlərinə göndərilib.

 

Müəllif: Zamiq İbrahimov

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır