İcra başçısı xəstəxanada müalicə alan şəhid anasını ziyarət edib
20.11.2022 10:18
Azərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərimizin ailələrinə dövlətimiz tərəfindən hər zaman xüsusi diqqət və qayğı göstərilir. 
 
Aztibb.az xəbər verir ki, Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev, RİHB aparatının məsul şəxsləri Zərdabi qəsəbə sakini, 44 günlük Vətən müharibəsinin şəhidi, qəhrəmanımız Musa Bəhrəm oğlu Məhəmmədovun anası Rübabə Məhəmmədovanı müalicə aldığı Quba Rayon Mərkəzi Xəstəxanasında ziyarət ediblər.
 
Ziyəddin Əliyev şəhid anasının problemləri və səhhəti ilə maraqlanıb. İcra başçısı qeyd edib ki, Rübabə Məhəmmədova bizlərə qəhrəman şəhidimiz Musanın əmanətidir, onun sağlamlığa qovuşması üçün əlimizdən gələni əsirgəməməliyik.
 
Şəhid anası Rübabə Məhəmmədova şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə rayon rəhbərinə minnətdarlığını bildirib. 
 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır