Ağxalatlı qəhrəmanımız  SƏMƏD MAHMUDOV
21.11.2022 16:09
44 günlük Vətən müharibəsində əsgər və zabitlərimizlə çiyin-çiyinə iştirak edən qəhrəman tibb işçilərindən biri də Səməd Mahmudovdur.
 
Səməd Mədət oğlu Mahmudov Quba Rayon Mərkəzi Xəstəxanasının Hemodializ şöbəsində həkim-nefroloq vəzifəsində çalışır.
 
O, 21 sentyabr 2020-ci ildə SHXÇDX-nın Quba bölməsi tərəfindən hərbi təlimlərə çağrılıb, 651 saylı hərbi hissənin tibb məntəqəsinin həkimi kimi 27 sentyabr 2020-ci ildə Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərə yollanıb.
 
Qəhrəman həkim Füzuli, Cəbrayıl, Xocavənd uğrunda gedən döyüşlərdə iştirak edərək, yaralı hərbiçilərə ilkin tibbi yardımın göstərilməsi və təxliyyəsində yaxından iştirak edib.
 
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə o, "Füzulinin azad olunması uğrunda", "Cəbrayılın azad olunması uğrunda" və "Xocavəndin azad olunması uğrunda" medalları ilə, həmçinin Müdafiə naziri, general-polkovnik Zakir Həsənov tərəfindən hərbi xidmətdə fərqlənməyə görə III dərəcəli medalla təltif edilib. 2020-ci il dekabrın 29-da ordudan təxris olunub.
 
Prezident İlham Əliyevin sərəncamı və Nazirlər Kabinetinin qərarı ilə 2022-ci il yanvar ayının 1-də Səməd Mahmudova "Müharibə veteranı" adı verilib.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır