Peşəkar səhiyyə işçilərini tanıyaq! - Rahim Ramazanov
21.11.2022 12:06

Aztibb.az "Həkimlərimizi tanıyaq!" rubrikasında peşəkar səhiyyə işçilərini tanıtmaqda davam edir. 

 

Rubrikamızda bu dəfə Quba Rayon Mərkəzi Xəstəxanası ASM-in şöbə müdiri Rahim Ramazanov haqqında məlumatları diqqətinizə çatdırırıq. 

 

Rahim Ramazanov 1957-ci il aprel ayının 22-də Bakı şəhərində anadan olub. Orta təhsilini Quba rayon 2 saylı orta məktəbdə aldıqdan sonra 1974-cü ildə Nəriman Nərimanov adına Tibb Universitetinə daxil olub, 1980-cı ildə universiteti fərqlənmə diplomu ilə bitirib.

 

O, Xaçmaz rayon Mərkəzi Xəstəxanasında internatura keçərək Quba Rayon Mərkəzi Xəstəxanasında təyinatla həkim-terapevt kimi iş fəaliyyətinə başlayıb. Xəstəxanada Təcili tibbi yardım bölməsinin həkimi, Polikinika şöbəsində sahə terapevti, Polikinikada Terapiya şöbəsinin müdiri vəzifələrində çalışıb.

 

2000-ci ildə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin qərarı ilə Rahim Ramazanov Quba RMX-a baş həkimin müavini təyin olunub. 2020-ci ildən isə Quba RMX-nın ASM-in şöbə müdiri kimi fəaliyyət göstərir.

 

Həkim fəaliyyəti dövründə Quba rayon İcra Hakimiyyətinin Fəxri fərmanları və digər mükafatlarla təltif edilib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır