Qida dəyərini birləşdirən 6 növ meyvə
20.11.2022 22:37
Dietoloqlar özlərində gözəl dad və qida dəyərini birləşdirən 6 növ meyvə seçiblər. Gündə 2 porsiya meyvə yemək orqanizmi güc və enerji ilə təmin edir. Bunun üçün qida dəyəri ən yüksək olan meyvələrə üstünlük vermək lazımdır. Təbii ki, bütün meyvələr faydalıdır və hər birinin öz üstünlüyü var.
Aztibb.az xəbər verir ki, həkim-endokrinoloq Fərhad Burzu bu barədə paylaşım edib.
Həkim bildirib ki, qaragilə giləmeyvəsinin əsas üstünlüyü antioksidantlarla zəngin olmasıdır. Yaşla əlaqədar yaddaş itkisinə qarşı profilaktik rol oynayır. Xərçəngə qarşı mübarizə aparır, hüceyrələri qoruyur. Qaragilə ürək sağlamlığına faydalıdır. Qaragilədə həll olunan liflər xolesterinin səviyyəsini aşağı salır. Tərkibində vitamin C,K, manqan mövcuddur. Bir fincan qaragilədə 84 kaloriya; 3,5 qramm lif, 14,7 qramm təbii qlükoza var.
Moruq da qaragilə kimi antioksidant, liflər və oksidləşdirici zərəri azaldan polifenollarla zəngindir. Tərkibində vitamin C, K, Manqan mövcuddur. Moruq həzmi yaxşılaşdırır, qanda qlükozanı tənzimləyir, çəkini azaldır. Bir fincan moruqda 64 kaloriya, 8 qramm lif, 5,4 qramm qlükoza mövcuddur.
Böyürtkən qaragilə və moruq kimi antioksidant, liflər, vitaminlər, minerallarla zəngindir. Qablaşdırılmış dondurma gilə meyvələri almadan əvvəl mütləq tərkibini oxuyun, bəzən şəkər əlavə edilə bilər, bu da meyvənin faydasını azaldır. Bir fincan böyürtkəndə 62 kaloriya, 7,6 qramm lif, 7 qramm şəkər mövcuddur.
Portağal günlük C vitamini normasını ən rahat üsulla almaq istəyisizsə bir ədəd portağal yeyin. Dərinizi parlaq, immun sistemini güclü, sümükləri möhkəm edir və əzələ ağrılarını azaldır. Bir böyük portağalda 86 kaloriya, 4,4 qram lif, 17 qram şəkər mövcuddur.
Tədqiqatçılar araşdırıblar ki, gündə 1 ədəd alma yeyənlər daha az dərman qəbul edirlər. Alma ürək sağlamlığına faydalıdır, astma simptomlarını azaldır, liflərlə zəngindir.
"Ulduzlu" meyvə və ya karambola. Bu ekzotik meyvədir, maraqlı görünüşü var, kəsdikdə ulduz formasında olan tropik meyvə az kalorilidir. Orta ölçülü karambolada 28 kaloriya, 26 qram lif, 3,6 qram şəkər var.
Bu bölməyə aid digər xəbərlər
Gecə ürəkdöyünmə ilə oyanmaq hansı səbəblərdən qaynaqlana bilər?
26.10.2026 | 12:38
Yeni müalicə üsulu xroniki qulaq küyünün azalmasına kömək edir
26.10.2026 | 07:48
Hərəkət azadlığının bərpası peşəkar yanaşmadan başlayır
25.10.2026 | 09:42
Tez-tez nəcis ifrazı istəyi proktitin əlaməti ola bilər
25.10.2026 | 07:24
Anus kənarında qəfil yaranan ağrılı düyün trombozlaşmış hemorroyun əlaməti ola bilər
24.10.2026 | 11:36
2-ci tip diabet qaraciyər sağlamlığına necə təsir edir?
24.10.2026 | 10:32
Anadangəlmə ürək qüsurlarının erkən aşkarlanması həyati əhəmiyyət daşıyır
24.10.2026 | 08:26
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
22.10.2026 | 14:08
Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər
22.10.2026 | 12:05
Həkim karyerası boyu bu şişlərə cəmi bir neçə dəfə rast gələ bilər – Onkoloq nadir xərçəng növlərini açıqlayıb
22.10.2026 | 10:49
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
24.10.2026 | 19:16
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
20.10.2026 | 10:31
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
22.10.2026 | 14:08
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb
22.10.2026 | 17:03
Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər
22.10.2026 | 12:05
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər
17.10.2026 | 14:26
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
18.10.2026 | 08:12
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38

