Vətən müharibəsinin həkim qəhrəmanı İbrahim İskəndərov
19.11.2022 13:37

2020-ci ilin 27 sentyabrında başlanan və 44 gün davam edən Vətən müharibəsi şanlı Qələbə ilə bitdi. Vətən müharibəsində digər hərbi qulluqçularla yanaşı, tibb işçiləri də misilsiz qəhrəmanlıq və şücaət göstərdilər.

 

Balakən Rayon Mərkəzi Xəstəxanasının həkim-cərrahı İbrahim İskəndərov Vətən müharibəsinin ağxalatlı qəhrəmanlarından biridir. O, 1971-ci il yanvarın 20-də Balakən rayonunda anadan olub. Ali təhsilini 1991-1997-ci illərdə Azərbaycan Tibb Universitetində alıb.

 

1998-ci ildə Azərbaycan ordu sıralarında xidmətə başlayıb və bu dövrdə mayor rütbəsinə qədər yüksəlib. Xidməti dövründə qüsursuz xidmətə görə və Vətənə xidmətə görə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev tərəfindən təltif olunub. 2019-cu ildən ordudan tərxis olunub.

 

İbrahim İskəndərov Vətən müharibəsi dövründə 27 sentyabr tarixindən dekabrın 30-a qədər ordu sıralarında hərbi-həkim kimi fəaliyyət göstərib. Azərbaycan Ordusunun Tərtər və Ağdərənin azadlığı uğrunda aparılan döyüş əməliyyatlarında böyük şücaət göstərərək, yaralı hərbçilərə tibbi yardım edib, xeyli sayda əsgər və zabitimizin həyatını xilas edib. O, ağır, çətin şəraitdə öz həyatını risk altına ataraq yaralılara qulluq edib.

 

Hazırda Balakən rayon Mərkəzi Xəstəxanasında fəaliyyətini davam etdirir.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır