Dəm qazından zəhərlənən 12 yaşlı qız xəstəxanaya aparılarkən yolda ölüb  
19.11.2022 13:31

Qəbələdə 12 yaşlı qız dəm qazından boğularaq ölüb.

 

Aztibb.az xəbər verir ki, Zarağan kəndində yaşayan, 2010-cu il təvəllüdlü Aylin Rüstəmova yaşadığı evin hamam otağında dəm qazından zəhərlənib.

 

12 yaşlı qız xəstəxanaya aparılarkən yolda ölüb.

 

Faktla bağlı araşdırma aparılır.