Lənkəranda yol qəzasında xəsarət alan axund xəstəxanada ölüb
19.11.2022 09:15

Lənkəranda Mamusta kəndi ərazisində yol qəzası baş verib.

 

Belə ki, yük motoskileti “Muravey” kənd ərazisində hərəkətdə olarkən piyada - 1975-ci il təvəllüdlü Əkrəm Cəlal oğlu Hüseynovu vurub.

 

Dərhal hadisə yerinə Şürük kəndinin Təcili Tibbi Yardım əməkdaşları çağırılıb.

 

Yaralı ağır vəziyyətdə dərhal Lənkəran Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

 

Həkimlərin səyinə baxmayaraq o, xəstəxanada dünyasını dəyişib.

 

Qeyd edək ki, xəsarət alan Əkrəm Hüseynov Lənkəran rayonunun Bala Şürük kənd məscidinin axundu idi.