Bu il Gəncə Şəhər Birləşmiş Xəstəxanası Perinatal Mərkəzdə 2733 uşaq doğulub
17.11.2022 14:25

Gəncə Şəhər Birləşmiş Xəstəxanası Perinatal Mərkəzdə Beynəlxalq Vaxtından Əvvəl Doğulmuşlar Günü qeyd olunub.

 

Bu barədə Aztibb.az-a Gəncə Şəhər Birləşmiş Xəstəxanasından bildirilib.

 

Qeyd olunub ki, tədbirin keçirilməsində əsas məqsəd vaxtından əvvəl doğulan körpələrin sağ qalması üçün səylərin artırılması, vaxtından əvvəl doğum prosesinin baş vermə riskinin minimuma endirilməsi, hamilə qadınların düzgün qidalanmaları, eləcə də onların sağlamlıqlarının qorunması üçün maddi, mənəvi və tibbi yardımın göstərilməsidir.

 

Tədbirdə diqqətə çatdırılıb ki, bu il Gəncə Perinatal Mərkəzdə 2733 uşaq doğulub, bunlardan 820-i vaxtından əvvəl dünyaya gəlib. Ümumilikdə isə 2022-ci ilin 10 ayı ərzində Perinatal Mərkəzin Reanimasiya və intensiv terapiya şöbəsində vaxtından əvvəl doğulmuş 1113 uşağa tibbi xidmət göstərilib və onlar müalicə aldıqdan sonra ailələrinə qovuşublar.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır