Diyetoloq immuniteti möhkəmləndirmək üçün faydalı mövsümi qida məhsullarını açıqlayıb
17.11.2022 09:32

Balqabaq, göbələk və xurma soyuq aylarda sağlamlığı möhkəmləndirməyə kömək edir.

 

Aztibb.az medikforum.ru-ya istinadla xəbər verir ki, həkim-diyetoloq Lyudmila Denisenkonun sözlərinə görə, payız-qış dövründə balqabaq yemək çox faydalıdır. Bu tərəvəzin narıncı rəngi yerli immunitet funksiyasını icra edən və viruslar üçün maneə olan selikli toxumaların yaxşı vəziyyətini təmin edən A vitamininə çevrilən çox miqdarda beta-karotin barədə xəbər verir.

 

Soyuq aylarda xəstəliyin qarşısını almağa kömək edən daha bir faydalı mövsümi qida məhsulu – xurma da beta-karotinlə zəngindir. Bundan başqa, xurmada immun sistemi üçün böyük əhəmiyyət kəsb edən çoxlu miqdarda C vitamini var: onun əldə edilməsi patogenlərlə mübarizə aparan immun hüceyrələrinin istehsalı üçün çox vacibdir.

 

Payız-qış mövsümündə alma yemək də faydalıdır – onun qəbulu ağciyərin sağlamlığını möhkəmləndirir, respirator xəstəliklərdən orqanizmin müdafiəsini gücləndirir.

 

Göbələk də immunitetin möhkəmləndirilməsində kömək edə bilər. Bu qida məhsulu D vitamini mənbəyidir. Ən əsası, yoxlanmış göbələk istehlak etmək, çünki yanlış yerdə yığıldıqda onun tərkibində torpaqdan hopmuş zəhərli maddələr ola bilər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub