İnsult təxirəsalınmaz təcili vəziyyətdir - Nevroloq
17.11.2022 09:27

İnsult baş-beyin qan dövranının kəskin pozulması səbəbindən yaranan beyin funksiyalarının pozuntusudur. Xəstəliyin iki növü var: işemik və hemorragik insult. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, insult dünyada ölüm səbəbləri sırasında ikinci-üçüncü yerdədir.

 

Aztibb.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin "Instagram" səhifəsində canlı yayımda olan “Bakı” Sağlamlıq Mərkəzinin İnsult və invaziv nevrologiya bölümünün rəhbəri, nazirliyin mütəxəssis-eksperti, nevroloq Pərvin Allahyarova məlumat verib.

 

P.Allahyarova bildirib ki, ÜST-nin məlumatına görə, insult əlilliyin səbəbləri sırasında birinci sıradadır: “Deyə bilərik ki, insult təxirəsalınmaz təcili bir vəziyyətdir, nəticələri ağırdır. Onun nəticəsi ya əlillik, ya da ölümdür. Kəskin insult kəskin miokard infarktı qədər təcili patologiyadır. Hər ikisində vaxt itirmək olmaz”.

 

Xəstəliyin əlamətləri haqqında məlumat verən mütəxəssis-ekspert deyib: “İnsultun əlamətləri qəflətən nitq pozuntusu, pasiyentin üzündə asimmetriyanın yaranması, bir və ya bir neçə ətrafda zəiflik, müvazinətin və ya yerişin, huşun pozulmasıdır. Kəskin insult zamanı isə qəflətən yaranan başağrıları, ürəkbulanma, qusma, başgicəllənmə görmənin pozulması kimi simptomlar müşahidə olunur”.

 

P.Allahyarova insult xəstələrinin pnevmoniyaya meyilli olduqlarını da diqqətə çatdırıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub