Şəkərli diabetin əlamətləri nələrdir? - Endokrinoloq AÇIQLADI
15.11.2022 14:25
Şəkərli diabet - insulin (mədəaltı vəzinin hormonu) çatışmazlığı orqanizmin karbohidrat, yağ və proteinlərdən lazımi miqdarda istifadə edə bilmədiyi daimi tibbi yardıma ehtiyac olan xroniki, metabolik pozğunluqdur.
 
Aztibb.az xəbər verir ki, bu barədə Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun həkim-endokrinoloqu Aygün Əliyeva məlumat verib.
 
Həkim bildirib ki, şəkərli diabetin səbəbi qanda insulinin hormonunun çatışmazlığı zamanı yaranmış qlükoza maddəsinin yüksək olmasıdır. Şəkərli diabetin əlamətlərini sadalayan Aygün Əliyeva xəstəliyin susuzluq, ağızda quruluq, tez-tez sidiye getmə, çəki itirmə, sidik yollarının infeksiyası, ayaqda ağrı və keyimə kimi göstəriclərlə özünü biruzə verdiyini deyib.
 
O, ciddi şəkildə pəhriz rejiminə əməl olunmasının vacibliyini vurğulayıb. Aygün Əliyeva şəkərli diabet xəstələrinə karbohidratları azaltmağı, əsasən tərkibində şəkər olan ərzaq məhsullarını qida rasionundan çıxartmağı və aktiv həyat tərzi keçirməyi məsləhət görüb.
 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub