Vaxtından Əvvəl Doğulmuş Uşaqlar Gününə həsr olunan konfrans keçiriləcək
14.11.2022 16:29
Noyabrın 16-da saat 09:00-da "Yeni Klinika"da Vaxtından Əvvəl Doğulmuş Uşaqlar Gününə həsr olunan konfrans keçiriləcək.
 
Aztibb.az xəbər verir ki, tədbir Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, TƏBİB, K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu və NİYİB-in birgə təşkilatçılığı ilə baş tutacaq.
 
Konfrans Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən 5 DTT kredit balı ilə qiymətləndirilib.
 
Neonatoloq, mama-ginekoloq, pediatrlar üçün nəzərdə tutulan konfransın keçirilməsində əsas məqsəd vaxtından əvvəl doğulan körpələrin həyatda qalması üçün səylərin artırılması, vaxtından qabaq doğulmuşların peyvəndlənməsi, vaxtından əvvəl doğum prosesinin baş vermə riskinin minimuma endirilməsi, eləcə də onların sağlamlıqlarının qorunması üçün maddi, mənəvi və tibbi yardımın göstərilməsidir.
 
Qeyd edək ki, 2009-cu ildən etibarən Yeni Doğulmuş Uşaqlara Qayğı üzrə Avropa Fondunun təşəbbüsü ilə hər il noyabrın 17-si Ümumdünya Vaxtından Əvvəl Doğulmuş Uşaqlar Günü kimi qeyd edilir.
 
Qeydiyyat üçün əlaqə nömrəsi: (055) 739 59 95
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub